Doğan günəş oluram,Sevgin ilə alışıb,Eşqin ilə yananda.

Bütün gözəllikləri,Qəlbimə köçürürəm,Səni nə vaxt ananda.

Sənin adın olacaq,Dilimin ən xoş sözüSon saatda, son anda.

İşığımı, odumu,Sənə verib gedəcəm.Baxışlarım yumulub,Gözlərim qapananda.

2005, dekabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви