Halal doğulanlar, halal doğanlar,Gül olur, şeh olur, bulaq olurlar.

Halalla haramın qarışığından,Dünyaya gələnlər calaq olurlar.

İşıqlı ürəklər, nurlu könüllər,Çırağı sönənə çıraq olurlar.

Bir köynək Allaha yaxın olanlar,Min köynək şeytandan uzaq olurlar.

2005, 23 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов