Haqqın gücü
Buz baxışlar sıxar, tökər,Xıncım-xıncım əzər məni.Bir körpənin təbəssümü,Çiçək kimi bəzər məni.
Dağ başına duman gələr,Yaxşı gedər, yaman gələr.Haçansa bir insan gələr,Əldə çıraq gəzər məni.
Sevgim dərdə qənim olsa,Sünbüllərdə dənim olsa,Haqqın gücü mənim olsa,Yıxa bilməz nəzər məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-haqqin-gucu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yuxunun əlindən alıb gecəni
Yuxunun əlindən alıb gecəni,Bir sirdaş olmuşam əriyən şama.
Nə gəl bənövşətək boyun əy, gözəlNə gəl bənövşətək boyun əy, gözəl,Yandırma bağrımı nə lalə kimi.
BilmirəmNeyləyim, mənimki belə düşübdü,Yersiz kəlmələrə dözə bilmirəm.
VətənYay günü yağdırıb üstünə qarı,Ağardıb saçını yağılar, Vətən.