Mənimdi
Başdan-başa qara geymiş ay gəlin,İtirdiyin oğuldumu, ərdimi?Boynu sınsın vaxtsız gələn əcəlin,Dərdin hələ təzədimi, tərdimi?
Lal dayanır, nə danışır, nə dinir,Qurumuş dil, donmuş dodaq neyləsin.Dil açmaqdan həyalanır, çəkinir,Bahar vaxtı solan yarpaq neyləsin.
Mən duyuram gözlərindən hissini,Yoxdu daha sabahına ümidi.Mən görürəm dumanını, hisini,Od ağızda yanan səhra kimidi.
Yaman olur vaxtından tez ağlamaq,Təbiətin tufanında qar gəlir.Gözəllərin sinəsini dağlamaq,Görən necə əllərindən var gəlir?
Peşman olur kim bircə gül dərəndə,Arsız kədər hər sevincə qənimdi.Bir adamı gözüyaşlı görəndə,Elə billəm bütün qəmlər mənimdi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-menimdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhəbbətin həsrəti qəlbi ruhdan salardı,Arzular uça bilməz, oylağında qalardı.
Mənim şeirimMənim şeirim qaranlıqlar dünyasına lərzə salıb,Azadlığın sədasını dalğa-dalğa ərzə salıb.
Bu sazSaza ağız büzən, dodaq çevirən,Ellərin danışan dilidir bu saz.
BarmaqlarHəkimdə olanda həyat gətirər,Xəstəyə şəfalı dərman yazarsız.
Стихи других поэтов
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
حالت جان مرا پیر مغان میداندآنکه پیوسته ز پیدا و نهان میداند