Bu vətən güllərin cənnət bağçası,Min gülün içində bir gülü mənəm.Rəngi saralmayan, ətri solmayan,Nəfəsi nur saçan tər gülü mənəm.

Qurulub ruhumun binası sözdən,Vurulub daşımın xınası sözdən,Yapılıb şeirimin cinası sözdən,Qalası qüdrətdən hörgülü mənəm.

Canın içindəki təni göstərin,Torpağı, toxumu, dəni göstərin.Havalı desələr, məni göstərin,Vergili desələr, vergili mənəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе