Hesabı bilənlər çox gözəl bilir,Nə ucuz satıldı, nə baha qaldı,Ən çox ucuzlaşan insandır, ancaqYenə də od baha, su baha qaldı.

Yoldular tükünü, qaldı dərisi,Saraldı xanımı, soldu pərisi,Nə malı tapıldı, nə müştərisi,Yenə kasıbınkı Allaha qaldı.

Əlləri tutanı gözü tutmadı,Pisə pis deməyə üzü tutmadı,Onun bu bazarla sözü tutmadı,Onun bazarlığı sabaha qaldı.

2010, 15 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов