Yel gücü, sel gücü qorxulu deyil,Tufan yıxdığını insan qaldırar.Sən elin gücündən özünü gözlə,Ürəkdə, beyində tufan qaldırar.

Yumruqla, nifrətlə, qəzəblə, kinlə,Qalxan qasırğadan özünü gözlə.Çöllərin düzündə gözünü deşən,Quzğundan, qarğadan özünü gözlə.

Xalq səndən üzünü döndərsə, heç nə,Dönürsə, deməli, yaman dönəcək.Taxtı silkələsə, şah yıxılacaq,Vaxtı silkələsə, zaman dönəcək.

2010, 12 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине