Naxçıvanda keçən günlər
Nəslinə, millətinəşöhrət olan bir oğul,Öz doğma beşiyinəböyük bir adla gəldi.Yurduna, torpağınaarxa-dayaq olmağa,Tanrılara yaraşanbir istedadla gəldi.Ağır zərbələr aldı,qırılmadı inadı,Zaman onu neçə yolsınaqlarda sınadı.
Dalbadal daş atdılar,qəlbi, ruhu qanadı.Yenə də bükülmədionun polad qanadı.Gəmisi daşa dəydi,parçalanıb sınmadı,Öz müqəddəs ocağıxoş oldu, əziz oldu,Əl açıb özgələrinoduna qızınmadı.Xalqı onu qorudubədxahların şərindən,Vətən onu uzağaqoymadı gözlərindən,Qırmızı imperiyaonu gözdən salanda,Xəyanət yolu tutub,alçaqlar alçalanda,Doğulduğu NaxçıvanÖz doğma balasınaqol açdı, “gəl-gəl” — dedi,“Səni isitmək üçünRuhumu köz elərəm,qəlbimi məşəl” — dedi.Naxçıvan... şam işığı...Dar otaq, soyuq bucaqona kainat oldu.Onu Vətən havasıBu Vətənə qaytaranqaynar bir həyat oldu.Böyük ürək sahibişamı günəş elədi,Qığılcımı döndəribqızmar atəş elədi.
Mömünə xatın ruhu,Əcəmi memarlığı,Hüseyn Cavid türbəsicanı, qanı, varlığı,Onun geniş ürəyigen elədi darlığı,Axşamı nurlu səhər,sübhü dan qucaqladı,Öz böyük övladınıNaxçıvan qucaqladı.Pardaqlandı yenidən,açıldı güllər kimi,Ətri tutdu dünyanıdolu sünbüllər kimi,Axdı eli-obasıyanına sellər kimi,Nəfəs nəfəsi çəkdi,canı can qucaqladı,Öz böyük övladınıNaxçıvan qucaqladı.Qədəminə kəsilənqurbanların sayı yox,Bəlkə də bu görüşünyer üzündə tayı yox.Tanrının bundan böyüksovqatı yox, payı yox,Sanki torpaq qabardı,gur meydan qucaqladı,Öz böyük övladınıNaxçıvan qucaqladı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-naxcivanda-kecen-gunler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Od olub Günəşdə, Ayda yaşayar,Su olub dənizdə, çayda yaşayar,
Nolaydı, sən məni başa düşəydinYenə hisslərimin kövrək çağıdı,Düşüncəm qəlbimlə qəm ortağıdı.
Deyimlərİki ömür verilmir təbiətdə heç kəsə,Səadətdir bir ömrü şərəflə başa vurmaq.
BayatılarDillən bayatım mənim,Ömrüm, həyatım mənim.
Стихи других поэтов
Vərqayi-həzin çü gördi ani,Divarının uçdi püştbani.
Xəstə gedirHəkimlər sevinir qürur duyurlar,Dirildi, kəfəni yırtdı bu insan.
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,