Nifrətim
Nə zaman ki, haqq döyülür, nahaq döyür,Nə zaman ki, şər qapına ayaq döyür,Nə zaman ki, evdə səni qonaq döyür,Tufan elə, külək kimi əs, nifrətim!
Günümüzü göy əsgiyə düyən olsa,Haqqımızı zor gücünə yeyən olsa,Ana yurdun sərhədinə dəyən olsa,Şimşəyə dön, sal göylərə səs, nifrətim!
Bir daşına qıyan olsa min zilə çək,Köhlənini yola çıxart, mənzilə çək.Sınaq günü bəmdə durma, sən zilə çək,Belə yerdə gərək deyil pəs, nifrətim!
Öz yerimə yağış olub yağmalıyam,Öz yurduma Günəş olub doğmalıyam.Xəyanəti beşiyində boğmalıyam,Silah götür, daha bəsdir, bəs, nifrətim!
Bu torpağın taleyini qorumasa,Kimə gərək quru torpaq, quru masa.Azərbaycan arzuların yarımasa,Qılınca dön, küt başları kəs, nifrətim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-nifretim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey insan, hayana qaçırsansa, qaç,Savabla günahın arasındasan.
AyrıdıVaxtın ancaq bir adı var, zamandı,Keçmişləri, indiləri ayrıdı.
Bir Şuşalı gördümBu şeirin qəhrəmanı Şuşa həsrətli*qardaşım Novruz müəllimə*
Qəm gündə könlümə bir hava saldıBir qaçqının dilindən*Sinəmdə elə bir bostan əkdilər,
Стихи других поэтов · О родине
Yaxşı ki, insanlar ölüb gedirlər,Yaxşı ki, doğulub gəlir insanlar.
MənsizBir gün bu dünyadan köçəcəyəm mən,Ulduzlar, ay, günəş doğacaq mənsiz.
Dəli könül, gəl əylənmə qürbətdəDəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.