Şair taleyinin xoş anları var,Ömür işığında, gün işığında.İmanlı misralar axır qələmdən,İman işığında, din işığında.

İşığa, Tanrıya könül verən kəs,Ancaq İlahidən götürəcək dərs.İnsan bəxtəvərdi, torpaq müqəddəs,Sünbül işığında, dən işığında.

Qana nur dolaşar, nurda qan yaşar,Bir zərrə şəfəqdə min bir can yaşar.Bir Allah bəndəsi Zəlimxan yaşar,Axşam şöləsində, dan işığında.

2003, 15 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви