Zakir Fəxriyə

Həsrətin rənginə qurban,Gecikən zənginə qurban,Səsin ahənginə qurban,Yandı bağrım başı, Zakir.

Başımızı yağı qatıb,Dərdin ağır çağı qatıb,Zaman elə ağı qatıb,Yemək olmur aşı, Zakir.

Verən hökmünü sərt verdi,Əcəl adlı namərd verdi,Tale sənə bir dərd verdi,Ömrün boyu daşı, Zakir.

Sevinclə aramız sərin,Qəm ağırdı, yara dərin,Bizdən sonra gələnlərinÇatılmazmı qaşı, Zakir.

Biz çəkirik ahı, yası,Silmək olmur candan pası,Ürəyimin bir parçası,Ruhumun qardaşı, Zakir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов