Şairlərin qatarındabir durnadı,Durna kimi səf-səf olurşair ömrü.Yerdə çiçək, göydə ulduz,ruhda qanad,Ağ sularda sədəf olurşair ömrü.

Ağrı çəkib, dərd daşımaqcanındadı,Sözlə yatıb, sözlə durmaqqanındadı.Yıxılanın, əziləninyanındadı,Tərəfsizə tərəf olurşair ömrü.

Müqəddəs süd, sağlam özül,halal maya,Damla-damla dönür selə,dönür çaya.Bir ocaqda göz açsa da,bu dünyaya,Bir millətə şərəf olurşair ömrü.

Haqqa doğru yol getsə dəyavaş-yavaş,Ağılına nöqsan tuturhər ağlı çaş.Ona dəyir hər nadanınatdığı daş,Böhtanlara hədəf olurşair ömrü.2002, 5 iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов