Qibləsi fikirdi, tanrısı sözdü,Allaha doğrudu yönü şairin.Ürəkdən su içər kövrək arzular,Sünbülə çevrilər dəni şairin.

Götürər mayanı kökdən, budaqdan,Sözü zaman-zaman düşməz dodaqdan,Zaman kar olanda iki qulaqdan,Batar öz içində ünü şairin.

Qəlbinə dünyanın çökər zülümü,Daşıyar qayğını, çəkər zülümü.Yalan qənimidi, böhtan ölümü,Ancaq həqiqətdi dini şairin.

Onun çəkmədiyi ağrı-acı yox,Sözündən bahalı başın tacı yox.Göydəki Günəşə ehtiyacı yox,İlhamından doğar günü şairin.

Yanğıdan yaranıb, sevgidən qopub,Könül yandırmayan bayatı yoxdu.Sevgisiz, ilhamsız, sözsüz, nəğməsiz,Şairin bircə gün həyatı yoxdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви