Səfərdən gözəl nə var
Səfərdən gözəl nə var,Fikrin haqqı dərk ola.Hər yerdə sənə qarşıSevgi ola, ərk ola.
Od qaynaya qanından,Qızlar keçə yanından.Ağrı, azar canındanBirdəfəlik tərk ola.
Nə yata, nə sürünə,Haqq nuruna bürünə.Yaxşı elə görünə,Yamanlara görk ola.
Səfərdən gözəl nə var,Gəl deyə pərvərdigar.Yağsa da üstünə qar,Boz dumanlar kürk ola.
Gül açanda arzular,Qışda da verəcək bar.Səfərdən gözəl nə var,Evdən belin bərk ola.
2006, 5 noyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-seferden-gozel-ne-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əzizim sinə-sinə,Çən gəlir sinə-sinə.
Gedirəm bir qəlbi sevindirməyəÇəməndə çiçəyəm, sünbüldə dənəm,Sevgidə, sevincdə dağlara tənəm.
Vətən eşqiBirmi, beşmi söyləməklə qurtarasan sırasını,Bu – göz eşqi, bu – qəlb eşqi, bu – can eşqi, bu – tən eşqi!
Ürəyim köksümü yarıb çıxardıÜrəyim köksümü yarıb çıxardı,Nə zaman gözlərim görsə qızları.
Стихи других поэтов
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.