Şirin söhbət edirdin“Təzəpir” məscidində,Ruhun Tanrı yanında,eşqin sevgidə, dində.Durub Allah evindədindarlarla yanaşı,Əymişdin Haqq önündəməğrur, əyilməz başı.

“Məni Allah qoruyurl”deyib baxdın millətə,Dilin şükürlər dedivarlığa, təbiətəlAcı həqiqətləriyenidən varaqladım,Boylanıb o günlərəiçin-için ağladım.Yenə Allah evində,yenə “Təzəpir”dəsən,Bu dəfə ölüm adlımüəmmada, sirdəsən.

Bayrağıma sarılıbqarşıda tabut qutu,Tanrı göydən endiribDənizlərin üstündənkeçib gələn tabutu.Millətin cənazəni“Ər-Rəhman”la qaldırır,Canı əlindən gedəncanı canla qaldırır.“Məni Allah qoruyurl” —bu sözdə bir ağrı var,Möhtərəm bir insanınköz-köz olan bağrı var.

Allahın nəzərindəkim ucadır, kim alçaq,Bəndənin dilində şər,əlində xəncər-bıçaq.Qəlbində məkrin odu,dilində dedi-qodu,Bir insanda nə qədərqərəz olar, qəsd olar?Nə qədər başdan seyrək,ağıldan şikəst olar?Çox oldu sənə qarşıkəmfürsətlər, nadanlar,Bostanına daş atıbqəlbini qanadanlar.Heç zaman yetərincəsəni duya bilmədik,Səni Allah qorudu,biz qoruya bilmədik.Sən varsansa, Vətən var,sən varsansa, mən varam,Səni hər gün qoruyanAllaha minnətdaram.Bizi qorumaq üçüno səni qoruyurdu,O səni qorumaqlaVətəni qoruyurdu.Bu qədər acıların,ağrıların içində,Bu qədər yalanların,doğruların içində,Bu qədər satqınların,oğruların içindəSəni Allah qorudu,biz qoruya bilmədik.

Səni qoruya bilsək,Nə millət sarsılardı,nə torpaqlar itərdi,Qumlu səhramızda daSevgi-məhəbhbət gülü,qeyrət gülü bitərdi.Əxlaqsızın, gədənin,zatsız zatın əlindən,Sui-qəsdin, terrorun,təxribatın əlindən,Tufanlı, qasırğalıbir həyatın əlindənSənin böyüklüyünüyaxşı duya bilmədik,Səni Allah qorudu,biz qoruya bilmədik.

Qırx il bu məmləkətinnazını çəkən kişi,Torpağını şumlayıb,yerini əkən kişi,Sevgi toxumlarınısəpib, göyərdən kişi,Bu millətə qayğısızirvələrə tən kişi,Dilimizin urvatı,dinimizin şöhrəti,Tanrı əsirgəmədisəndən saf məhəbbəti.Günahkarıq yanında,Ağır günahımızıheç vaxt yuya bilmədik,Səni Allah qorudu,biz qoruya bilmədik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви