Sevə-sevə göylərə bax,Ulduzu, Ayı çoxalsın.Sevə-sevə yerlərə bax,Çeşməsi, çayı çoxalsın.

Sevə-sevə səhraya bax,Od içində qum göyərsin.Xoş nəzərlə torpağa bax,Çürümüş toxum göyərsin.

Sevə-sevə gora getsən,Gor işığa çevriləcək.Yaraşıqsız hər nə varsa,Yaraşığa çevriləcək.

Nifrət ilə baxırsansa,Yazın dönüb qış olacaq.Dediklərin dedi-qodu,Qazancın qarğış olacaq.

Nifrət ilə baxırsansa,Ağı qara görəcəksən.Bütövləri, böyükləri,Parça-parça görəcəksən.

Sevgiylə bax cəhənnəmə,Dönsün yaşıl bir cənnətə.Nifrət səni ömrü boyu,Hey çəkəcək məşəqqətə.

1999, 1 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов