Eşq ucundan dağları,Ovana yol ver, Allah.Məcnunu səhralaraQovana yol ver, Allah.

Haqdan qanad aldılar,Haqqa körpü saldılar.Qocalar qocaldılar,Cavana yol ver, Allah.

Sevən – əli çıraqlı,Sevən səsli-soraqlı.Hər şey sevgiyə bağlı,Sevənə yol ver, Allah.

1998, 17 iyun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви