Yer üzü oğlandı, göy üzü qızdı,Nazdı, gözəllikdi göy üzü boyda.Yer göyü hər axşam bağrına basar,Alar öpüşünü göy üzü boyda.

Dönər əfsanəyə, dönər nağıla,Dönməz öz yolundan, dünya dağıla.Ay işıq apara qızdan oğula,Sevgiyə çevrilər bəy özü boyda.

1998, 12 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов