Təbiilik
Bahar vaxtı gülən torpaq,Süfrə açan çəmən olar.Çiçəklərin şirəsiniSüzən olar, əmən olar,Gül-çiçəyin təravətitəbiidir.Budaqlara bar yaraşır,Zirvələrə qar yaraşır,Uca dağın əzəməti təbiidir.
Şəfəqlərin hüsnünə bax,Neçə rəngi, naxışı var.Günəşin də, ulduzun daÖz təbii baxışı var.Göyün yerə məhəbbətitəbiidir,Təbiətin təbiətitəbiidir.
1971, 20 oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-tebiilik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Deyirlər səbr elə, birtəhər unut,O şirin səslimi necə unudum.
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Qəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidirQəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidir,Gəldi bahar fəsli, gülüstan bizimkidir!
Dənizin cinayətiGörməyə gəldik səni biz uzaq ölkələrdən,Aman, ey Qara dəniz! Bu tatlı görkəmlə sən