Könlümün qubarına,Əlimin qabarına,Ruhumun, nəfəsiminSöz adlı nübarınaBu odu, bu nəfəsiVerdiyinə min şükür.

Sığalladı tül kimi,Oxşadı könül kimi.Qoxladı çiçək kimi,Dərdi zərif gül kimi.Nə yaxşı çiçək oldum,Dərdiyinə min şükür.

Yaradan dağa baxdı,Dumanı, çəni gördü.Boylandı gen düzlərə,Yamyaşıl zəmilərdəSünbülü, dəni gördü.Eşitmək istəyəndəBir şairin səsiniBirinci mənə baxdı,Birinci məni gördü.Şükür dedim, Allahım,Gördüyünə min şükür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе