Yenə nə nalədi, yenə nə səsdi,Nədir o çəkdiyin haray, a tellər.Yenəmi ayrıldı Gəncədən Kərəm,Yenəmi dağıldı saray, a tellər.

Əslinin həsrəti, Qəribin qəmi,Yükünü kədərdən götürmüş gəmi.Məcnun intizarı, Leyli sitəmi,Haraya sığışar, haraya, tellər.

Şair Zəlimxana doğmadır adın,Qəddar düşmənisən sənətə yadın.Sən bizi Allahdan az yandırmadın,İnsafı gətirsək araya, tellər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке