Dünyanın dərdini çəkdi duyanlar,Belində zamanın şələsi yandı.Əridi, töküldü, əsdi, titrədi,Yananda hər zaman beləsi yandı.

Ağardı ahından dağların başı,Dindirdi naləsi torpağı, daşı,Axdı sinəsinə Əslinin yaşı,Qara gözlərinin giləsi yandı.

Zəlimxan, meydanı genişdir qəmin,Çalış azalmasın söhbətin, dəmin,Özü yad ellərdə yanan Kərəmin,Ərzurum dağında Lələsi yandı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине