Bəşər yaddaşına yazdı, yaşatdı,Dünyaya tək gəlib, tək gedənləri.Hər ocaq yetirməz, hər ana doğmaz,Dünyaya pak gəlib, pak gedənləri.

Kim sürdü ömrünü, kim verdi bada,Kimi doğmalaşdı, kim döndü yada.Ucalan görmədim heç vaxt dünyada,Tanrı varlığına şəkk edənləri.

Şöhrət min illəri keçdi, haqladı,Nə dağ silkələndi, nə daş laxladı.Allah öz qəlbində təmiz saxladı,Allahı qəlbinə həkk edənləri!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви