Ürəyim
Havalanıb nə həvəsə düşmüsən,Şair olmaq deyil asan, ürəyim.Əriməsən, əritməsən ömrünü,Kimdi sənə qulaq asan, ürəyim.
Söz becərib, varaq adlı yer əksən,Bir arzumu tez duyasan gərək sən.Bu dünyaya hikmətinlə gərəksən,Şöhrətini halal qazan, ürəyim.
Vurğun oldum söz adlanan butama,Kim vurulmaz bu ləzzətə, bu tama.Ağrı çəkib məni tez-tez budama,Qoy gəlməsin hələ xəzan, ürəyim.
Qoyma ilham səfərindən boş gəlsin,Elə yarat, el sevincə tuş gəlsin,Yaratdığın Yaradana xoş gəlsin,Yazılanı haqdan yazan ürəyim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ureyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəkir Çobanzadə — elmin sultanı,Sultanlar taxtına yaraşan alim.
Çingiz Dağçının Krıma bir məktubuAy-ulduz başın üstəqızıl taca dönərdi,
Sürgün yeriMənim kəndimin adı vardı. Yalnız kəndimin deyil, kəndimindərəsinin, dağının, çaylarının, qayalarının, təpələrinin, çeşmə-
Çingiz Dağçının sualıSürgünlərin tufanıviran qoydu hər yeri,