Vətən
İmandan su içəndəəqidəsi, məsləki,Min illik palıd kimiyüksələn, bitən olur.Ruh bədənin sirdaşı,bədən ruhun qardaşı,Onda insanın gücühər şeyə yetən olur.
Yaşamaq meydanı vartorpaqdan Aya kimi,Həyat hər an qaynayır,çalxanır dərya kimi.Kim durmağı bacarmırtufanda qaya kimi,Toz kimi əl-ayaqdadolaşıb itən olur.
Dövlət kimi azad ol,millət kimi hürr yaşa,Sənə verilən ömrüadam kimi sür, yaşa.Zəlimxan, yurd eşqinəuca bir ömür yaşa,Qürbətdə də şairindayağı Vətən olur.
2011, mayAlmaniya, Hannover
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-veten-3
Клавиши ← → для перехода, R — случайное стихотворение