Bir dağam bu dağlar silsiləsində,Öz zirvəm, öz qarım, öz qartalım var.Dərman tanımayan, haram bilməyən,Qaya koğuşunda halal balım var.

Həyat şirinləşir ağrılarıyla,Dünya gözəlləşir doğrularıyla.Əyrilər dünyanı əyri göstərir,Dünya çirkinləşir oğrularıyla.

Göy yaxasını açır Yerə,Yer ürəyini açır göyə.Sevgi, işıq, məhəbbət,Əbədi olsun deyəl

Babam - “xeyrini-şəriniqanl” — dedi,Atam — “yanandanKül olana qədər yanl” — dedi.Anam — “vaxtında yat,vaxtında oyanl” — dedi.Qandım!Yandım!Yatmışdım — bu sözlərdən sonraYatanları da oyatdım,özüm də oyandıml

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов