Yeldağı haqqı
Qocaman Borçalıda, dağlar qoyunda Kəpənəkçi adlıqoca bir kənd var. Məni dünyaya gətirən bu kəndə sökəkli“Yeldağı” adında bir ziyarət ocağı var. Neçə yüz illərdibu kəndin camaatı and içəndə “Yeldağı haqqıl” deyibona and içir, müqəddəs arzulara qovuşmaq üçün onun ətəyindəziyarət daşının yanında nəzir verib, qurbanlar kəsir.
Adını dilimdə and eyləmişəm,Sözünü dilimdə qənd eyləmişəm,Ömrümü ömrünə bənd eyləmişəm.On ilin, yüz ilin söhbəti deyil,Mən onu min ildi bənd eyləmişəm,Mən ondan doymuram, Yeldağı haqqıl
Borçalı ürəkdir, baş Kəpənəkçi,Borçalı tarixdir, daş Kəpənəkçi,Borçalı üzükdü, qaş Kəpənəkçi.Qaşın özünü yox, tozunu belə,Heç kəsə qıymaram, Yeldağı haqqıl
Oduna, közünə, hisinə qurban,Dumanına qurban, sisinə qurban.Yaxşılar qibləmdi, qibləgahımdı,Əgər pisi varsa, pisinə qurban,Şeytana uymaram, Yeldağı haqqıl
Hələ təzə-təzə açılır qatı,Dərindi yaddaşı, xalisdi zatı.Gecəsi nağıldı, axşamı dastan,Sevgisi dilimdə qoşma, bayatı.
Onun taleyinə min kitab yazam,Döşümə döymərəm, Yeldağı haqqıl
Getdim Çin səddinə, mənimlə getdi,Peyğəmbər doğulan bir məmləkətə,Məkkə sərhədinə mənimlə getdi.Kəbənin içində adını çəkdim,Ucalıq həddinə mənimlə getdi.Onsuz keçirdiyim vaxtı-vədəni,Ömürdən saymaram, Yeldağı haqqıl
Gül kimi açılmış bənizim olar,Damlası böyüyüb dənizim olar.Qayıdıb Allahın yoluna gələr,Pisi də çevrilib əzizim olar.Kimsə bir daş atıb xətrimə dəysə,Sancaram başına Kəpənəkçinin,Xətrinə dəymərəm, Yeldağı haqqıl
Başını bəladan sovuşdurmamış,Adını adlara yovuşdurmamış.Ucaldıb eşqini, ləyaqətini,Tanrı dərgahına qovuşdurmamışÖlümü, əcəli qoymaram yaxın,Bez-kəfən geymərəm, Yeldağı haqqılMin il də hüsnünə nəğmələr qoşam,Nurundan, sehrindən, tamaşasından,Doymaram, doymaram, Yeldağı haqqıl
2005, 1 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yeldagi-haqqi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qara əllər birləşib səni verdi tarana,Köz qoyub göynətdilər, duz basdılar yarana.
Ordum varsa, yurdum varMənə ordu gərəkdir, xəstəyə dərman kimi,Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.
Ağa LaçınlıyaBu şeir on il əvvəl yazılıb. Zəngilanı, Qubadlını gəzib Laçına*gəlmişdim. Görüşlər, söhbətlər, məclislər ara vermirdi. Şair dos-*
HarayOyan, nə yatmısan Koroğlu babam,Ustadım, sərkərim, ozanım, haray!