(Berlinin yıxılan divarları önündə düşüncələr)

Bir dövləti ikiyəbölən divar yıxıldı,Bir milləti ikiyəbölən çayı neyləyək?Biri azad, müstəqil,biri fikir dustağı,Bu tay bir yana çıxdı,bəs o tayı neyləyək?Nə rusam, nə almanam,nə farsam, nə ingilis,Türk adıyla Tanrıdangələn payı neyləyək?İki yüz il ağlamaqbizə fayda vermədi,Qulaqlara çatmayanhay-harayı neyləyək?Divar yıxmağa nə var,çayı qurutmaq olmur,Göz yaşına qarışanahı-vayı neyləyək?Nə saray endi xalqa,nə xalq saraya çatdı,Zora gücü yetməyənAğ sarayı neyləyək?Tarix deyir: bərkiyin,bütövləşin, birləşin,Boynumuza qoyulanhaqqı-sayı neyləyək?2004, noyabrAlmaniya, Bilefila

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов