Bisət

BİSƏTAydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.

Hüseyn Cavid19226 dəq
Dəvət

DƏVƏTBir zaman sonra, Məkkədə geniş bir yol, uzaqda qara örtülü Kə’bə... Yol kənarında bütçü dükanı, qanbur bir ixtiyar əlində böyücük bir büt yonar. Dükanın önündə dəxi satış için bir qaç danə hazır büt qonulmuş... Qarşıda gözəl yapılı, böyük qapılı bir ev gözə çarpar. Evdən ud səsi eşidilir.

Hüseyn Cavid192224 dəq
Hicrət

HİCRƏTEyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar.

Hüseyn Cavid192225 dəq
Nüsrət

NÜSRƏTSəkiz yıl sonra. Məkkədə baş rəisin evi, altın şamdanlarda rəngarəng mumlarla donatılmış, Mısır və Şam qumaşlarıyla süslənmiş, sandaliya və xalılarla göşənilmiş böyük bir qəbul odası... Sağda və solda birər qapı, qarşıda girilmək için basamaqlarla enilir geniş bir qapı və iki böyük pəncərə... Gecə... Iştirak edən əşxasın sima və qiyafətlərində səkizyıllıq bir dəyişiklik gözə çarpar. Iki xidmətçi – qara qul – ötəyi-bəriyi düzəltərək qonuşurlar.

Hüseyn Cavid192228 dəq
Topal Teymur

ƏŞXASI

Hüseyn Cavid19251 dəq
Birinci pərdə

Səmərqənddə, Əmir Teymur sarayında Şərq zevqinə uyğun süslü bir salon... Salonun içi Türküstan, Iran və Hindistan məfruşatilə döşənilmiş... Dört guşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baqımlı və çiçəkli gözəl bir bağça nəzərləri oqşar. O l q a pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dışarıda əskəri marş çalınır.Or x a n (Gəlir. Olqayı görür-görməz arqası sıra gələn D ə m i r q a y aya).

Hüseyn Cavid192521 dəq
İkinci pərdə

Gözəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr...Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur.

Hüseyn Cavid192519 dəq
Üçüncü pərdə

Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarınıyerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə!

Hüseyn Cavid192522 dəq
Dördüncü pərdə

Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür.O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan!

Hüseyn Cavid192513 dəq
Beşinci pərdə

Anqara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gevdəli, gürbüz, yaylıoqluiki nəfər növbət bəkliyərək qonuşurlar.B i r i n c i n ö v b ə t ç i . Yahu bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, şu Topal bir dürlü yorulmaq bilmiyor.

Hüseyn Cavid192519 dəq
Knyaz

Ə Ş X A SK n y a z – yucaboylu, qarasaçlı, məğrur baqışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında.

Hüseyn Cavid19281 dəq
Birinci pərdə

Tiflisdə ətrafı yeşillik, çiçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi… Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası… K n y a z ağ əlbisə geyinmiş, milli qıyafətdə, ağ qalpağını sandaliyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zevq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qıyafətli Ş a k r o ilə M a r q o da bəzən yardım edər. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir tövrilə Solomona.*K n y a z

Hüseyn Cavid192817 dəq
İkinci pərdə

Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir havuz… Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs… gündüz…*L e n a

Hüseyn Cavid192811 dəq
Üçüncü pərdə

Tiflisdə gürcü zevqinə uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yarıaçılmış ipək pərdəli qapıdan misafir dolu ikinci oda görünür. Içəridə kamançada "şur" çalınar. Şubat gecəsi… Ş a k r o yarımsərxoş olaraq içəridən salona keçər. Digər qapıdan dalğın M a r q o əlində boş təpsi gələr.*Ş a k r o

Hüseyn Cavid192813 dəq
Dördüncü pərdə

İki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşıda balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə… Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözləri oqşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmləri asılmış. S o l o m o n bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həzİranın son günləri. Aqşam… Uzaq qomşuda pianoda lirik parçalar çalınar.*K n y a z alafranqa qıyafətdə olaraq balkonda ətrafı seyrə dalar. Salona keçib Solomona yaqlaşar.*

Hüseyn Cavid192812 dəq
Beşinci pərdə

Berlində bir kafe-restoran… Sağda, solda birər qapı… ucda küçük bir səhnə… Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer… Ətrafda müştərilərə məxsus masa və sandaliyələr… Mayısın ilk günü…Solomon bir yanda, bufet qarşısında qəzetə oqur. Xidmətçi q a d ı n l a r və q ı z l a r masaları silib təmizlər. Qadınlar şişman ikən qara gündən avurdları batmış, qızlar isə zəif solğun görünürlər.*

Hüseyn Cavid192819 dəq
Səyavuş

ƏŞXASKeykavus — Kəyan tacdarı, bir qədər ixtiyar.

Hüseyn Cavid19321 dəq
Başlanğıc

Zabilistanda təlim meydanı. Səhər erkən… Coşğun muzika. Sadə qiyafəli, qumral saçlı Səyavüş bir köy d ə l i q a n l ı s i l ə qılıc təlimi yaparaq vuruşur. Bir yanda Z a l oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir q a d ı n l a k ö y l ü q ı z l a r və dəliqanlılar tamaşa edərlər. Səyavüş arqadaşına üstün gəlir.Ümumi alqış.*

Hüseyn Cavid19323 dəq
Birinci pərdə

I SƏHNƏ**Keykavus sarayında son dərəcə parlaq bir salon… Bağçaya baqır, əlvan camlı, ipək pərdəli böyük pəncərələr… Coşqun musiqi ətrafı çıplatır. Gənc, əsmər, cazibəli, möhtəris baqışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində i k i c a r i y ə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı önündə ayaqda durub baqır*

Hüseyn Cavid193218 dəq
İkinci pərdə

I SƏHNƏ**Yaqında bir köy, uzaqda Bəlx qəl’əsi görünür, səhnədə İran köylüləri daş, çamur daşıyaraq yeni qəl’ə yapmaqla məşğuldur. İçlərində qız və qadınlar da çalışır. Ətrafda iki çadır qurulmuş. Pərdə musiqi ilə açılır. İki zəbtiyyə mə’muru ağır yürüyən işçiləri qırbaçla vurub sür’ətli hərəkətə məcbur edər. İki bənna divar üstündə türkü söyləyərək çalışır.*

Hüseyn Cavid193224 dəq
Üçüncü pərdə

I SƏHNƏ**Ətrafda yalçın qayalar və yeşil ovalar… Uzaqda çoban düdüyü çalınır.*

Hüseyn Cavid193215 dəq
Dördüncü pərdə

I SƏHNƏ**Çin hüdudunda türk və çin zevqi ilə süslənmiş vali qonağı…*

Hüseyn Cavid193219 dəq
Beşinci pərdə

Dağ ətəyində bir ova… İki-üç çadır qurulmuş, ikindi çağı, bulutlu hava, ətraf qayalıqdır. Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar. Əskərlərdən kimi nevbət bəklər, kimi ətrafı süzərək dolaşır.*V a l i

Hüseyn Cavid193210 dəq

Teqlər açar sözlərə görə avtomatik verilib və redaktorlar tərəfindən dəqiqləşdirilir.