Bir canda ki, ola sümük azarı,Oynar, durmaz dəf olan vaxtı.Yaxşı-yaman bilməz, danışar hədyan,Əqli sərsər olar, kef olan vaxtı.

Bağban bar bəsləsə barı çox istər,Xəstə meyli qarı, narı çox istər,Acgöz doymaz, dövlət-varı çox istər,Şadlanar dövlətə, nəf olan vaxtı.

Qurban, insan varmı dərdsiz, vərəmsiz,Mətləb yazmaq olmaz kağız, qələmsiz,Qul xətasız olmaz, ağa kərəmsiz,Bağışlar əlbəttə səhv olan vaxtı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri