İkinci məktub
Səhifə 10 / 11 · 82%
Heyf, Əla-Zikrihissəlamın təsnifatından ki, filhəqiqət yaqut və zümürrüdi-külli-literatur hesab olunurdu; heç bir yerdə müşahidə olunmayır. Əgər tapılsa, vaqeən qapılırlar. [Çarvaklar e’tiqad edirlər ki, mın əqidəsinə və məzhəbinə hər xüsusda mütabiqdir hindulərin Çarvak tayfasının əqidəsi və məzhəbi. Hərçənd ki, onlar dini əqidələrdən
++
hədsiz-hüdudsuz təxəyyülata qapılırlar]. Çarvaklar e’tiqad edirlər ki, sane və mucid yoxdur və ə’la və ədna olmaq aləmi-təbiətdəndir və sanein vücuduna bir dəlili-qate’ və bürhani-vazeh dəstaviz deyil. Pəs niyə gərək əmri-məzmuma və mövhuma, bəl mə’duma bəndəlik etmək və niyə gərək məabiddə və səvame’də ibadət xatiri üçün cəbhəsa olmaq və friştələrə ki, şühud fəziləti olara yoxdur, qail olmaq və cənnətin ümidi və rahətin nəvidi ilə hirsi-əbləhanə mucibincə dünyanın ne’mətlərindən və rahətlərindən əl çəkmək və nəqdi biəsl nisiyəyə dəyişmək və cahdust süfəhanın kazibanə əqvalı ilə ki, avamı firib toruna salmağı arzularına çatmaq üçün vəsilə biliblər; firiftə olmaq və dənaəti-təb’dən belə əşxasa fürutən olub, oları ağa və övliya bilmək və olara bəndeyi-rəzil olmaq və pərəstiş etmək hər şeyi ki, zahir deyil, bavər etməyə şayistə deyil. Tərkibi-məvalid, ənasirdəndir. Təbiətin müqtəzasınca bir neçə gün ənasir bir-biri ilə tə’lif tapıblar. Madam ki, səbati-tərkibi-cəsəd və səlaməti-hey’ət baqidir hər zada ki, mərğubitəb’dir və ondan zərəri-heyvani mütəsəvvir deyil, gərək təvəssül axtarmaq. Vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, məadi-ünsür genə ünsürdür və bədən kaxı təxrib tapandan sonra balatər vətənə və nazünəimə üruc və nar və cəhimə nüzul yoxdur. Pəs gərək e’tiqad etmək ki, hüququllah sayılan ə’malda günahkar olanlar müaqib olmazlar və zahid olanlar rahət və ne’mətə çatmazlar; bəlkə vaqe’də bər’əksdir. Ondan ötrü ki, günahkar, orucun və nəmazın və taatın və ibadatın əzabından fariğ olubdur və zahid ibadatın məşəqqətinə – ki, əzabdır, giriftardır, pəs aqil gərək cəmi ləzzati-dünyəviyyədən bəhrə aparsın və heç müştəhiyatdan e’tiraz etməsin; zira ki, çün torpaqa getdin geri gəlmək yoxdur.
*Əlhəq bu çarvakların əqidəsi pakizə və pəsəndidə məzahibin birisidir. Kaş, İran əhlinin çarvaklarca əqli olaydı, bu pəsəndidə məzhəbi ixtiyar edəydi. Necə ki, Əla-Zikrihissəlam göstərmişdi.
Hüququllahın bifaidə olmağını Əbu-Əli-Sina dəxi işarə edibdir:
Və filhəqiqə hüququllahdan bir mənfəət aid deyil, bəqeyrəz zərər. Məgər vüzu’ və qüsl və təharət və xütnə ki, qəvanini-tibbə görə fəvaidi-kəsirə bu ə’malın zimnində mündəricdir, hər iki şəbanəruzdə köynək-tumanı dəyişmək ilə məən. Amma sair ə’malın zərəri vazehdir: məsələn, gecə və gündüzdə beş vəqt nəmaz səni işdən və kəsbdən qoyur, oruc sənin canına zərər edir və həcc sənin həlakına bais olur. Əgər Ərəbistanın havasından sağ qalsan da belə, Ərəbistan ki, Əbdürrəhman Cami həccdən qayıdıb bu fərd ilə ondan əlhəzər edir:
Əgər Ərəbistanın havasından sağ qalsan da, məbaliği-külli sərf edirsən və zimnində əsla bir faidə yoxdur. Bir para şəxslər iddia edirlər ki, həccin icmaından milləti-islam üçün mənafei-kəsirə hasildir. Zira ki, birisi Xətandan gəlir, birisi Hindistandan, birisi Afrikiyyədən gəlir, biri Firəngistandan və bir-biri ilə mülaqat edirlər və bir-birinin dərdindən müttəle’ olurlar.
Soruşursan ki, bu mənafein bircəsini zikr edin; cavabdan aciz qalırlar. Doğrudur, külli-icmaın millətə az, ya çox mənfəəti olur. Əgər icma vətən içində və bir milləti-vahidənin mabeynində vaqe’ ola və əgər haman icmaa bir murad və bir mənzur sibqət edə və icma haman muradın xatiri üçün vüqua gələ. Məsələn, icmadan əqdəm vətəndə bir milləti-vahidənin mabeynində güftgu ola ki, bizim filan ehtiyacımız gərək rəf olsun; fərz edərik ki, qəryənin kətxudası ölübdür, gərək bir təzə kətxuda intixab edək ki, bizim həvaicimizin rəf’inə bais ola. Pəs taza kətxudanı intixab etmək bir müraddır və bir mənzurdur ki, icmaa sibqət edibdir. Bu surətdə icmaın mənfəəti var. Ondan ötrü ki, haman mürad icmadan hasil olur. Aya, həccin icmaına nə murad və nə mənzur millətin mənfəəti üçün sibqət edibdir? Birisi Xətadan gəlibdir. Aya, o gələndə mənzur etmişdi ki, Hindistandan gələnin dərdinə ondan bir fayda hasil olacaq?
Birisi Xətadan gəlir, birisi Hindistandan, bir-birini görürlər, nə bu onu tanıyır, nə o bunu tanıyır; on gün bir yerdə hər gün görüşürlər, hər kəs öz ə’malının itmamına məşğuldur. On gündən sonra ayrılırlar; birisi ala dağa gedir, birisi qara dağa. Ona bənzər ki, bir qərib adam, bir əzim və biganə şəhərə varid ola, heç kəsi tanımaya, on gün gəzə, sonra vətəninə qayıda; ancaq nəql edə ki, getdim filan şəhərə, əzim cəmiyyət gördüm. Bunun zimnində onun vətəninə və milləti-vahidəsinə nə fayda hasildir?
Aya, həccin icmaından min iki yüz həştad ilin müddətində islam millətinə aid olan mənfəət nədir? Amma xəsarəti-kəsirənin isbatına hər kəs cavab verməyə qadirdir. Məsələn, nə qədər pul istitaət sahibi əşxasdan xarici vətəndə sərf olur və nə qədər can yolda tələf olur və həcc mövsimində yüz mindən ziyadə qoyun zibh tapır və onların qanından və ətindən günün şiddəti-hərarətində hava təəffün bəhəm edir, əvvəl orada vəba peyda olur, sonra külli-aləmə yayılır, nə qədər can qırılır, nə qədər oğul və qız vətəndə atasız qalır və nə qədər arvad dul və əhli-Ərəbistan dəxi sədəqəyə göz dikmək ilə və ümidvar olmaq ilə kəsbi-məişətdə və tələbi-tərəqqidə biehtimam olub kəmali-biqeyrətliyə mö’tad olur və gümnam təvaifin cümləsində güzəran edir.
*Filosofların birisinin qövlüdür ki, dünyada heç bir əməl xalqın sail-bəkəf və əmri-məişətdə biehtimam və biqeyrət olmağına ziyadə bais deyil, məgər sədəqə vermək, əgər müstəhəqqani-sədəqə bisahib yetimlər və biməynət korlar və şillər və dullar və qocalar olmasalar. [Dünyanın sonuna qədər onların bədbəxt olmasına başqa bir səbəb də odur ki, bizim peyğəmbər xarici millətlərin onların torpağına gəlibgetməsini qadağan etmişdir. Bütün aləm bilir ki, Yevropa əhli, sənaye elmlərində, fənlərdə və bütün hünərlərdə Yer üzündə olan tayfaların ən qabaqcılıdır. Lakin onların dinləri islam dinindən başqadır. Olar öldürülmək qorxusundan nə ticarət, nə də səyahət məqsədi ilə Məkkəyə, Mədinəyə və bu şəhərlərin yaxın yerlərinə ayaq basa bilmirlər. Bu surətdə, bu yerlərin əhli hansı tayfadan mə’rifət, elm və insaniyyət qazana bilər? Belə olduqda labüdd və naçar cəhalət və korluqda qalmalıdırlar. Hicrətdən bu günə qədər onların halında qətiyyən dəyişiklik üz vermədiyi kimi, daima zəlillik, fəqirlik, dilənçilik və yol kəsməklikdə yaşayırlar. Həcc mövsimində onların vətənlərinin torpağına məzhəbdaşlarından başqa kimsə ayaq basa bilməz. Bu məzhəbdaşları da anlamazlıqda, elmsizlikdə və hünərsizlikdə onların tayıdırlar. Firəngistan əhalisinin Məkkə və Mədinəyə gəlib-getmək icazəsi olsaydı, o vaxt onlar o yerlərə ticarət və səyahət məqsədi ilə gedərdilər. Ərəbləri dünyanın vəziyyəti və halından xəbərdar edərdilər. Nə fayda ki, peyğəmbərin gələcəyi düşünməməsi nəticəsində tayfa üçün o yerlərə gedib-gəlmək yolu bağlıdır. İslamiyyətdə protestantizm məzhəbi icad olunmayınca və bu dinin bə’zi münasibətsiz əhkamları rədd edilib tərk edilməyincə ərəblər labüdd və naçar dünyanın sonuna qədər cəhalət, korluq, zillət və alçaqlıqda qalacaqdırlar.
Bütün islam ümmətinin bədbəxtliyinin başqa bir səbəbi də budur ki, bizim peyğəmbər islamda fiqh elminin binasını yalnız özünə isnad edir və özünü əvvəl və axırın ən ağıllısı, keçmişlərin və gələcəklərin ən fəzilətlisi sayaraq fiqh elmində dəyişiklik, təbəddülat və əlavəyə qətiyyən yol vermir. Hal-hazırda islam milləti arasında mövcud olan fiqh və fəraiz elmləri peyğəmbərin bö’sətindən qabaq bütün ərəblərin arasında, xüsusi ilə Yəməndə var idi. Və ərəblər bö’sətdən qabaq həmişə öz mürafiə və ixtilaf işlərini o fiqh elminə əsasən qət edərdilər. Və peyğəmbərin sağlığında Mədinədə mühacir və ənsarın içində fəqih səhabələr var idi. Peyğəmbər ərəblərin fiqhində yalnız təsərrüf və ictihad göstərmişdir. Öz mənfəəti üçün o elmdə bə’zi dəyişiklik və təbəddülat əmələ gətirmişdir. Yoxsa özü fiqh elminin icad və ixtiraedicisi deyildir, bəlkə də o ərəblərin qədim fiqh elminin müctəhidi və
+
kəsb edənidir; necə ki, öz təzə və quru dinin, başqa qanun və əhkamlarını Tövrat və İncildən və məcusların əqidələrindən alaraq öz rə’- yinə görə olarda, bə’zi dəyişiklik və təbəddülat əmələ gətirmişdir, yə’ni olarda ictihad və təsərrüf etmişdir. Fiqh elminin əmələ gəlməsi, cəmlənməsi əsrlər keçmədən və camaat arasında hədsiz və cürbəcür hadisələr törəmədən və onun tə’sis edilməsində bir çox ağılların iştirakı olmadan mümkün deyil, bu elm tək bir əsrin məhsulu və tək bir fərdin xəyalı nəticəsi ola bilməz. Bununla bərabər bu günə qədər dünya millətlərinin heç birində bu elm təkmil dərəcəsinə çatmamışdır. O, elmdə anbəan dəyişiklik, təbəddülat, yeniləşmə və əlavə zamanın halına zəruri olan tələblərdəndir. Belə olduqda bu elmdə dəyişiklik, yenilik və əlavə etmək yolunu bağlayan peyğəmbərin, öz millətini dünya işlərində hər cür tərəqqilərdən aciz və məhrum etdiyi aşkardır].
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-ikinci-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.
Mirzə Yusif xanaƏzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarınaƏziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...
İkinci ayrıca məktubƏzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin: