Səhifə 11 / 11 · 91%

O üç vəchdən başqa ki, mən mucidi-kainat haqqında zikr etdim, aya, vəchi-rabe’ dəxi mütəsəvvirdirmi?.

Bari, sənin vücudunda xəlq olunan alat və əsbab bundan ziyadə bilməyə qadir deyil, necə ki, Firdövsi buyurubdur:

Səndə ancaq beş həvass var. Yəhtəmil ki, əqideyi-ula və saniyə surətində müruri-dühurda vücudi-küll, bir növi-digər ilə cilvə edə, yə’ni dərya bir növi-digər ilə təlatümə gələ və kainatda bir perevo-

+

roti -əzim peyda ola və sənin əvəzinə bir vücudi-axər zühur edə ki, beş həvassın yerinə on həvass sahibi ola; bəlkə o həvassi-əşərə sahibi-vücud səndən artıq bir zad bilə və o vücud anlaya ki, mücid nədir və ruh nədir?

İndi sən həvassi-pəngcanə elə ruhun həqiqətini və mahiyyətini bilməyə qadir deyilsən. Necə ki, bilmirsən işıq nədir. Gün çıxanda filfövr bir işıq aləmə şaye olur. Çırağ yananda filfövr divara işıq düşür; aya, bu işıq nədir? Bilmirsən. Və necə ki, bilmirsən hərarət nədir və qüvveyi-miqnatisiyyə nədir və sair bu qəbil zadlar nədir. Ancaq bacarırsan biləsən ki, ruh bir keyfiyyətdir, əcsami-mürəkkəbeyi-zihəyatda ki, bə’dəz tərkibi-əcsam, müvafiqi-rəvanin və şüruti-xilqət peyda olur. Məsələn, bir cismi-tərkibdə – ki, mürəkkəbdir, ənva və əqsam alatdan və ə’zayi-sülbədən və əczayi-sayalədən, yəni əxlatdan – bu keyfiyyət zühur edir. Məsəl tutaq tiflin tərkibini bə’dəz təvəllüd. Bu tərkibi-cisminin itmamında ona bir keyfiyyət hasil olur ki, biz ona

++

ruhi-heyvani deyirik ki, onun zimnində həyat və onun külli-müqtəziyyatı müşahidə olunur.

Madam ki, cism tərkibi baqidir, bu keyfiyyət, yə’ni ruh onda zahirdir. Vəqta ki, bu cism tərkibi paşidə və mütəlaşi oldu, yə’ni pozuldu, haman keyfiyyət ki, biz onun adına ruh demişik, zail və məhv olacaqdır. Bu dəxi haman vücudi-vahid və kamil və sahibi-qüdrətin qəvaninindən və müqtəziyyatından bir şeydir və əsrarından bir sirdir. Misalı budur ki, bir neçə əczayi-mə’dəniyyəni sən bir yerə cəm edirsən və müvafiqi-qanuni-elm oları bir-biri ilə məmzuc və mürəkkəb eləyirsən, ondan bir keyfiyyət hasil olur ki, qüvveyi-teleqrafiyyə, yə’ni ruhi-teleqrafi deyirik. Vəqta ki, əczayi-mədəniyyəni biri-birindən ayırdın, yə’ni haman tərkibi ki, o əczalara vermişdin, bərhəm etdin, qüvveyi-teleqrafiyyə, yə’ni ruhi-teleqrafi zail və məhv olur. Amma bu qüvveyi-teleqrafiyyənin və ruhi-teleqrafinin mahiyyəti nədir, bilmirsən! Bu dəxi vücudi-vahid və kamil və sahibi-qüdrətin əsrarından bir sirdir.

[Pəs mə’lum oldu ki, ruh hər nə olsa öz-özünə qaim ola bilməz. Necə ki, əql və xəyal öz-özünə qaim deyildir. Və heç olmasa qab və qalıbları olmalıdır. Buna görə də ruhların bədənlərdən ayrıldıqdan sonra xüsusi yerlərdə təkrar qabsız, qalıbsız müəyyən vücud olması xüsusunda bizim alimlərin e’tiqadının təsəvvür və təəqqülü kritika qarşısında dura bilməz. Və necə ki, ruhlar üçün bədəndən ayrıldıqdan sonra misali və lətif qalıb xəyal etmək. Şeyx Əhməd-Bəhreyninin əqli və təbii dəlili olmadan düşündüyü mə’nasızdır].

+

Bu mətləbi dürüst fəhm etmək üçün sənə elektriçestvanı və onun qanununu və müqtəziyyatını bilmək lazımdır. Çifaidə, sən və sənin millətin nə elektriçestvanı bilirsiniz və nə onun qanununu. Siz ancaq cəhənnəmi yaxşı vəsf edə bilirsiniz və cinni və şeytanı yaxşı tanıyırsınız. Çünki onların vücudu xəyali və mövhumidir və elektriçestva ki, bir əmri-zahirdir və gözünüzün qabağındadır və tamam aləm ondan xəbərdardır, siz onu bilməyə iqdam etməzsiniz. Ondan ötrü ki, nə məsrəfi var? Elektriçestva ki, sizi behiştə aparmayacaq, ya cəhənnəmdən qurtarmayacaq. Sizə lazım olan ancaq axirət əmridir ki, bəlkə bir tövr ilə özünüzü behiştə salıb bu qunut duasının müstəcab olmağını ki,

dir, gözünüz ilə görəsiniz, arzunuza çatasınız və kami-dil hasil edəsiniz.

Dəxi bəsdir, haçanatan bifaidə və bihudə xəyalatın dalısınca düşəcəksiniz Ey zalimlər, bari bu hədisin məzmunundan mütənəbbih olun:

*Dəxi vaxtdır ki, beş həvassınızı dünya həyatında təəyyüş etməyə və dünya ümurunda fəzilət tapmağa sərf edəsiniz. Dünya həyatında sizə elm və elmdən sonra azadiyyət və azadiyyətdən sonra istitaət lazımdır ki, beş gün ömrünüzdə asudə təəyyüş edəsiniz və özünüzü Əmr və Zeydə, xah peyğəmbər ola, xah imam ola, xah despot ola – əbdi-rəzil bilməyəsiniz və sivilizasyon tapan millətlərin nəzərində

163 164

xar və zəlil və əhməq və nadan görünməyəsiniz və mö’cüzata və kəşfü-kəramata və xəvariqi-a’data inanmıyasınız. Ondan ötrü ki, mə’rifəti-mahiyyət və xasiyyəti-ənasir və cəmadat və nəbatat ki, Firəngistan istilahında ona elmi-fizika tə’bir olunur, yə’ni elmi-hikmət və mə’rifəti-mahiyyət və xasiyyəti-heyvanat ki, ona elmi-yestestva tə’bir olunur, yə’ni elmi-təbiiyyat bu əsrdə Firəngistan filosoflarının tətəbbüat və təhqiqatları mucibincə bir növ ilə təkmil bəhəm edibdir ki, mö’cüzatın və kəşfü-kəramatın və xəvariqi-a’datın ədəmi-imkanı, bu ülumun vasitəsi ilə bizim nəzərimizdə əzhərü-minəşşəms olubdur. Əgər bu əsrdə, bir kəs bilaşüur özünə mö’cüzə isnadını verə, biz onu divanə hesab edib, qüvveyi-əqliyyəsində vaqe’ olan xələl cəhətindən onun halətinə mütəəssif olacayıq və əgər şüur ilə özünə mö’cüzə isnadını verə, biz ondan bilaixtiyar nifrət edəcəyik; zira bir belə kəs ki, sahibi-şüurdur və özü bilir ki, mö’cüzat mümkünat qəbilindən deyil, amma sadəlövhləri dami-firibə salıb, onların arasında fərmanrəva olmaq üçün kizbi-məhz və təzviri-xalisi vəsilə edir; bizim nəzərimizdə aşkara kəzzab və müzəvvir görünür. Lakin əsri-qədimdə vəz’ialəm başqa idi; ülumi-məzkurənin tərəqqisi yox idi. Əxlaqi-həmidə sahibi filosoflar xalqın xeyrü şərrin göstərmək üçün bərahini-əqliyyə ilə olara isbati-müddəa edə bilmirdilər. Naçar xalqın təqazayi-təbiətlərinə görə özlərini peyğəmbərlik ismi ilə bərgüzideyi-sane göstərib özlərinə mö’cüzə isnadını veriblər və bu vasitə ilə xalqı özlərinin əmrü nəhyinə tabe edib müddəalarını olara bildiriblər *. Əgər biçarə xalq yalqız bu gunə sahibi-şüur və mə’rifət peyğəmbərlərə girəvidə olsaydılar, genə səhl idi. Olar bir para divanəvar müddəiyani-mö’cüzata dəxi girəvidə olub, haman məcnunsifətlərin bilaşüur xəyalatlarından naşi olan nəvidati-biəslə və təxvifati-bimə’niyə bavər edib özlərinə dünya həyatının niəmatını və ləzaizini həram öz özlərini mənzurati-batilə xatiri üçün ə’mali-şaqqəyə giriftar eləyiblər. Necə ki, bütpərəstlər və atəşpərəstlər belə halətdə müşahidə olunurlar. İndi proqresin vücudu ilə aya, aqil və pak-nihad kimsənə, heç fitva verərmi ki, bəni-növi-bəşər halət və cəhaləti-qədiməsində cəmad-asa bilahərəkət baqi qalsın və tərəqqi etməyə və zülmətdən nuraniyyətə çıxmağa əsla qədəm götürməsin *.

Bəsdir, yoruldum, sabah rəməzanın bist-yekkümüdür, gedəcəyəm Molla Cabbar mərsiyəxanın mərsiyəsinə qulaq asmağa. Ondan eşitdiyim hekayatı da üçüncü məktubda yazacağam, göndərəcəyəm. Xahişim var ki, Təbrizdən Rəştə səfər edəm və oradan dəxi Mazəndərana – divlərin və pərilərin məkanına gedim, seyr eləyim.

*Misirdə nə yaxşı durbinlər satırdılar! Heyf ki, fəramuş etdim. İndi durbinə ehtiyac yetirmişəm. Təbrizdə nə qədər axtardım yaxşısın tapa bilmədim. Qahiriyyədə Rza paşanın odasının dalısında bir firəng mağazini var, orada, osmanlı istilahınca, pək ə’la durbinlər satırlar. Əgər oraya güzarın düşsə, mənim üçün bir durbin al, göndər Rəştə Hacı Əbdüllah mirvarifuruşi-Bəğdadinin adına ki, o mənə yetirər. Xudahafiz *.

Kəmalüddövlə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surəti

NAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.

20 dəq
Mirzə Yusif xana

Əzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.

6 dəq
İran dövlətinin Tiflisdəki sabiq konsulu Mirzə Yusif xan cənablarına

Əziz məktubunuz yetişdi. Əhvalınızdan xəbər tutub, şad və xoşhal oldum. Yeni vəzifənizi təbrik edirəm. Doğrudan da təbrikəlayiq vəzifədir. Arzunuza çatdınız, istədiyiniz iş, yə’ni qanunlar tərtib etmək sizə qismət oldu. Tiflisdə mənim və cənab Şeyxül-islamın oxuyub həzz aldığımız və üzünü köçürtdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət də hədər getmədi. İndi belə bir şərait yaranmışdır ki, bütün fikirlərinizi imkandan həqiqətə tətbiq edə bilərsiniz.İndi mən və cənab Şeyxül-islam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq, Ədliyyə Nazirliyinə tapşırasınız ki, bundan sonra ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə namaz, oruc, moizə, peşnamazlıq, kəbin-talaq, ölülərin dəfni və sair bu kimi dini məsələlərlə məşğul olsunlar...

4 dəq
İkinci ayrıca məktub

Əzəmətli ağam!Sizə bildirirəm ki, cənab Şeyxül-islamın sə’yi nəticəsində, nəhayət, İbn-Xəldunun ərəb dilində olan “Tarix” kitabını İstanbuldan gətirtdik. Onun birinci fəslindən alınan iki parça “Mə’lum əsərin” (“Kəmalüddövlə məktubları”nın. – mütərcim) mətləblərinə haşiyə kimi əlavə edilməlidir. Haman parçaların üzünü köçürüb göndərirəm. Bu iki qeyddən başqa üçüncü bir qeyd də göndərirəm ki, “Mə’lum əsərin” nüsxəsinə yazılmalıdır. Birinci qeydin işarəsi – Firdövsinin:

1 dəq

Başqa şairlərin şeirləri