Hicrətin 1290-cı ilində polkovnik Mirzə Fətəli Axundzadənin Qafqaz ruhani idarə- sinin üzvlərindən biri olan səlyanlı Axund Molla Ələkbərə göndərdiyi məqalənin surəti.

Bəhai “Ərbəin”də demişdir ki: “Bir çox ixtisaslı və ixtisassız alimlərin rə’ylərinə görə əzabdan qurtarmaq və savab əldə etmək

+

məqsədi ilə olunan ibadət batildir”.

Ğəzali də “Ehyaül-ülum”da demişdir ki: “İxlas, bəndənin ibadət vaxtında bütün həzz və arzuları unutmasından ibarətdir”.

Bəhai ilə Ğəzalinin hər ikisinin sözlərinin mə’nası, “Bizi əlindən qəzəbləndiyin azmış adamların yolu ilə deyil, düz yol ilə, ne’mətini gözlədiyin adamların yolu ilə apar” ayəsinin və qunut duası olan: “Ey Allahımız, dünya və axirətdə bizə yaxşılıq ver və bizi cəhənnəm əzabından saxla” ayəsinin mə’nasına ziddir; çünki hər iki ayədəki məqsəd şəxsi mənfəəti güdmək və zərəri özündən dəf’ etməyi tələb etməkdir.

O səbəbə görə də, biz “Əlhəmd”də Allahın qəzəbinə tutulanları deyil, salehləri o yola çatdırdığı kimi ne’mətə yetişdirəcək və qəzəbdən xilas edəcək yola çatmamızı istəyirik. Qunut duasında da dünya və axirətdə yaxşılığı və cəhənnəm əzabından qurtulmağı istəyirik. Bu təqdirdə Bəhainin və Ğəzalinin dediklərinə görə bəndələrin ibadətinin batilliyi aydıncasına sübuta yetir və eyni surətlə bu, imam əleyhissəlamın sözünə görə də batil olur; çünki ibadət edən, günahına görə deyil, ibadətinə görə həlak olur, o livat və zina etmir, bəlkə Allah üçün ibadət edir; buna görə də o, abid ləqəbini almışdır. Bu surətlə, həlak olmasına da başqa səbəb yoxdur.

Aya, bu bizlərə gecə-gündüz namaz qılmağı və hər il ramazan ayını oruc tutmağı əmr edən şəriətçilərlə yuxarıda zikr edilən hükəmanın rə’yləri arasında ziddiyyət deyil, bəs nədir? Burada hükəmadan məqsədimiz Bəhai, Ğəzali və imam əleyhissəlam, şəriətçilərdən də məqsədimiz Axund Molla Ələkbər və onun kimilərdir. Münaqişə və mübahisə etdiyimiz məsələnin bəyanını asanlaşdırmaq üçün ona vacib olur ki, ya bu ziddiyyəti qəti dəlillər ilə rədd etsin və ya ixlas və Allah rizası üçün olmayan namaz və oruc kimi faydasız ibadətləri bizə təklif etməsin. Necə ki, bu vəziyyətin varlığı ilə mən bir hakimi, mərhəmətlərinə tamah edərək və qəhrindən qorxaraq mədh etsəm, ixlaskar olmaram.

Əgər Axund Molla Ələkbər ziddiyyəti rəf’ edəcək sübutlar gətirməkdə aciz qalıb, bununla bərabər bizə oruc və namaz təklif etməkdə israr edərsə, qətiyyən ona itaət etməyəcəyik.

Zarafatı başqa vaxta qoyuram. Vallah, dini işimizdə sözüaçıq olmaq üçün bu çətin məsələni düşünmək və bu iki müxtəlif halın arasındakı ziddiyyəti qaldırmağa çalışmaq mənə və idarə sədri şeyxül-islama qəti surətdə lazımdır. Çünki onlardakı ziddiyyət zehnlərə aydındır. Bununla bərabər bunu başqa bir yol ilə bəyan etməyə ehtiyac yoxdur. Hər bir düşüncəli adam bir az fikirləşsə, onu anlar.

Əgər Axund Molla Ələkbər “burada imamın ibadət edəndən məqsədi Allaha saf ürəklə ibadət etməyib riya ilə ibadət edənlərdir” desə, biz də deyərik ki: əgər imamın sözü xüsusiliyi ifadə etsəydi, sənin sözün doğru olardı, halbuki bunun xilafına olaraq ümumiliyi ifadə edir.

Əgər ruhanilik idarəsinin əhkamına əməl etmək barəsində şə’şəəli Rusiya dövlətinin verdiyi qanun mənə yol versəydi, bu məsələnin həlli üçün Kərbəla alimlərinə müraciət edərdim; çünki onlar müctəhiddirlər və xalq da onlara təqlid edir.

Təqlidçi kimdir?

Təqlidçi müctəhidin əmr etdiyi loğmaları – istər ləzzətli xörək loğmaları olsun, istərsə sarı bəlğəm olsun – çeynəmədən udmağa məcbur olan şəxsdir.

Ey mö’minlərlər, qəflət yuxusundan ayılın, bəlkə nəcat tapasınız; çünki sizin dörd tərəfinizdəki qonşularınızx oyanmışlar və yüksək mərtəbəyə çatmışlar. Halbuki siz cəhalət qaranlığında qalıb köləlik bağı ilə bağlı və azadlıq ne’mətlərindən məhrumsunuz.

Bunu da biliniz ki, bu iki müxtəlif halın arasında ziddiyyəti qaldırmaq, o hükəmanın sözünə olan ixlasın mütləqa inkarına, ya da ibadətin vacib olmasındakı nəssi tərk ilə namaz və orucu inkar etməyə bağlıdır. Bu hal iki cəhətdən də çətin işlərdəndir.

Əgər bu iki tərəfin birinin qəbulunda mənə ixtiyar versəydiniz, mən ikinci tərəfi qəbul edib oruc və namazı tərk edərdim, fəqir və yoxsullara ehsan və sədəqə vermək, bütün fisq-fücurdan çəkinmək, aciz və düşgünlərə zülm etməmək şərti ilə Allah-taalaya yalnız ixlas ilə kifayətlənərdim.

Bu, əsrimizdə Firəngistan hükəma və filosoflarının qəbul etdikləri e’tiqaddır. Çünki Allahın bizim ibadət, səcdə və tə’zim etməyimizə ehtiyacı yoxdur. Bunlar ailəmiz və özümüz üçün ruzi qazanmaq vaxtını boş yerə sərf etməkdən başqa bir səmərə verməz. Vəssəlam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü məclis

DÖRDÜNCÜ MƏCLİSDördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərin çırmayır, mütəarif ev libasında, çit şəbkülah başında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir.

18506 dəq
Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur

thumbnailYəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.

18501 dəq
Birinci məclis

BİRİNCİ MƏCLİSƏvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır.

18507 dəq
İkinci məclis

İKİNCİ MƏCLİSİkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllaci samit əyləşibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oturub, xəncərinin dəstəsinə sövkənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir.

18508 dəq

Başqa şairlərin şeirləri