Qafqaz canişinliyi baş idarəsi departamenti müdiri N.İ.Baranovskiyə

Baş idarənin departamenti mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin raportu

Baş idarə rəisinin əmri və zati-alinizin sərəncamı ilə “Cəbə” adlanan türkcə kitabın tərcüməsinə başladım. Axalsix qəzası üzrə mərzçəkmə komissiyasının bu ayın 1-də işə başladığını nəzərə alaraq, mən dövlət mülki idarəsinin təklifi ilə iyunun biri üçün Azqur məntəqəsinin cədvəlinin tərcüməsini hazırlamışam.

Zati-ali, xahiş edirəm əmr verəsiniz onu idarəyə göndərməklə bəra-bər xəbər versinlər ki, işin həcmi iri olduğu və bu kitabın tam tərcüməsini birdəfəlik və tezliklə təqdim etmək mümkün olmadığı üçün, mən dəftərləri tərcümə etdikcə mərzçəkmə komissiyasına yola salmaq məqsədi ilə bilavasitə özüm idarəyə çatdıracağam.

Podpolkovnik M.F.Axundzadə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nikolay İvanoviç Baranovskiyə

Qafqaz canişinliyi baş idarəsi departamentinin mütərcimi podpolkovnik Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi**Qafqaz canişini Baş idarəsi departa- mentinin direktoru həqiqi dövlət müşa- viri kavaler Nikolay İvanoviç Baranovski*

2 dəq
Osmanlı dövlətinin sədr-əzəminə

Dövləti-əliyyeyi-Osmaninin sədr-əzəmi şərafətli sərkar ali paşanın xidmətinə**Qafqaz canişini Qranduk Mixail həz- rətlərinin xidmətində Şərq dillərinin mütərcimi olan kolonel Mirzə Fətəli*

2 dəq
Ruhül-qüdsə (Mirzə Melkum xana)

Ruhi rəvanım, Ruhül-qüds!**Sizin aprel ayının 25-də yazdığınız məktub göydən nazil olan bir fərman kimi mənə çatdı və qəlbimin sevinc və fərəhini artırdı. Səmimi dostumuz cənab Mirzə Yusif xan Tiflisə çatdığı birinci gecədə sizin “Mükalimə” kitabınızı mənə, Tiflisdəki İran konsulu Əli xana və Qafqaz Şeyxülislamına oxudu. Kitabçanın cildlənmədiyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb, katiblərə verdik. İki günün ərzində onun üzünü köçürdülər. Hazırda hər birimizin əlində kitabçanızdan birər nüsxə vardır.

6 dəq
Cəlaləddin Mirzəyə

Nəvvabi-əşrəf, yüksək və böyük alinəsəb şahzadə Cəlaləddin Mirzə həzrətlərinə ərz edirəm Allah onun ömrünü uzun etsin!**Bu ilin səfərül-müzəffər ayında könlüm zəmanənin mənimlə düz gəlmədiyindən pərişan idi və mən müasirim olan qüdrət sahibi həmvətənlərimin, həmxalqlarımın və həmməzhəblərimin elm və sənaye sahəsində tərəqqi etmələri naminə irəli sürdüyüm bir sıra tədbirləri qəbul etməkdən boyun qaçırdıqlarına görə fikir və qəm dəryasına dalaraq oturmuş və öz xəyalımda bu beytləri oxuyurdum:

5 dəq

Başqa şairlərin şeirləri