Tehran seyidləri və əşrafından birinə
[Tehran seyidləri və əşrafından biri ilə müsahibə]
1876-cı ilin may ayında Tehranın seyidləri və əşrafından və şahın xüsusi katibi olan... adlı bir şəxs ki, çox qanacaqlı və mükəmməl savadlı bir adam kimi görünürdü, Məkkə səfərindən qayıdıb, Tiflisdəki İran konsulu Mirzə Əsədulla xanın evində mənzil etmişdi. Məndən xahiş etdi ki, yeni əlifbanın bir nüsxəsini ona verim. Odur ki, əlifbanın surətini yazıb, bu bəyanatı da səhifənin aşağısına əlavə etdim.
Bəyanat belədir:
Əgər bu yeni əlifba tətbiq olunarsa, müsəlman uşaqları bu əlifba ilə təhsilə başlayarlarsa, onlar bircə aydan sonra farsca, ərəbcə və türkcə olan bütün islami kitabları oxumağa qadir olarlar. Belə olarsa, islam xalqına böyük bir nemət nəsib olar. Yəni, bundan sonra bütün müsəlmanlar içərisində istər kişilərdən və istərsə də qadınlardan bir nəfər belə savadsız adam tapılmaz.
Bu yeni əlifbanın ixtiraçısı olan kolonel Mirzə Fətəli Axundzadə heç vaxt təkid etmir ki, mütləq onun tərtib etdiyi hərflərin şəkilləri yeni əlifbada dəyişməz olsun. O bildirir ki, müsəlman xəttatlarının tam ixtiyarı vardır ki, bu hərflərin şəkillərini qismən və ya bütünlüklə daha gözəl və xoşagələn hərflərlə əvəz edib, bu barədə dövlətə və xalqa öz fikirlərini bildirsinlər. O zaman xəttatlardan hansının düzəltdiyi əlifba hərfləri qəbul və təsbit olunarsa, bütün xalq onu tətbiq edə bilər. Lakin xəttatlardan heç birinin buradakı əsas məqsədə, yəni savad öyrənməyin asanlaşdırılması məsələsinə xələl yetirməyə ixtiyarı olmamalıdır. Əsas məqsədin şərtləri bunlardır:
Birinci – bütün samit hərflər bitişik deyil, bitişməz olmalıdır. Onlar ancaq ayrı-ayrılıqda sait hərflər, yəni hərəkələrdə bitişə bilərlər.
İkinci – hərflərdəki bütün nöqtələr atılmalıdır. Hərflərdən hər birisi digərindən nöqtələr vasitəsilə deyil, xüsusi və vahid şəkil ilə ayrılmalıdır.
Üçüncü – sait hərflər, yəni hərəkələr həmişə samit hərflərlə bir sırada, onlarla bitişik yazılmalıdır. Çünki islam yazısının çətinliyinin səbəbi birinci növbədə samit hərflərin biri digərinə bitişməsindədir ki, nəticədə hər hərfin dörd şəkli meydana çıxmışdır. Bunlar sözlərin tərkibində hər an başqa bir şəklə girib, uşaqları çaş-baş salır. Digər tərəfdən isə nöqtələrdir ki, yazının gec yazılmasına və hərflərin biri digərilə qarışıq düşməsinə səbəb olur. Məsələn, təzə oxumağa başlamış uşaq
(qızlar) və (bitki) olduğunu təyin edə bilmir. Nəhayət, hərəkələrin yazılmamasıdır ki, yazımızın uşaqlar üçün ən şiddətli çətinliyi də buradan doğur. Məsələn, təzə oxumağa başlamış uşaq kəlməsini gördükdə, bilmir ki, o (kərd) yəni etdi, ya gərd (toz), ya gerd (dövr) və ya (pəhləvan) və ya (kürd), yəni kürdlərin tək halındakı şəklidir. Bundan başqa, uşaqlar yenicə yazıb-oxumağa başladıqları bütün müddət ərzində kəlmələrin faəl-fel, eynəl-fel və laməl-fel hərəkələrinin tələffüzündə səhv edirlər. Daima sakin hərfi hərəkəli və hərəkəli hərfi isə sakin oxuyurlar.
Kolonel Mirzə Fətəli Axundzadə
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-tehran-seyidleri-ve-esrafindan-birine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dövləti-əliyyeyi-Osmaninin sədr-əzəmi şərafətli sərkar ali paşanın xidmətinə**Qafqaz canişini Qranduk Mixail həz- rətlərinin xidmətində Şərq dillərinin mütərcimi olan kolonel Mirzə Fətəli*
Ruhül-qüdsə (Mirzə Melkum xana)Ruhi rəvanım, Ruhül-qüds!**Sizin aprel ayının 25-də yazdığınız məktub göydən nazil olan bir fərman kimi mənə çatdı və qəlbimin sevinc və fərəhini artırdı. Səmimi dostumuz cənab Mirzə Yusif xan Tiflisə çatdığı birinci gecədə sizin “Mükalimə” kitabınızı mənə, Tiflisdəki İran konsulu Əli xana və Qafqaz Şeyxülislamına oxudu. Kitabçanın cildlənmədiyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb, katiblərə verdik. İki günün ərzində onun üzünü köçürdülər. Hazırda hər birimizin əlində kitabçanızdan birər nüsxə vardır.
Cəlaləddin MirzəyəNəvvabi-əşrəf, yüksək və böyük alinəsəb şahzadə Cəlaləddin Mirzə həzrətlərinə ərz edirəm Allah onun ömrünü uzun etsin!**Bu ilin səfərül-müzəffər ayında könlüm zəmanənin mənimlə düz gəlmədiyindən pərişan idi və mən müasirim olan qüdrət sahibi həmvətənlərimin, həmxalqlarımın və həmməzhəblərimin elm və sənaye sahəsində tərəqqi etmələri naminə irəli sürdüyüm bir sıra tədbirləri qəbul etməkdən boyun qaçırdıqlarına görə fikir və qəm dəryasına dalaraq oturmuş və öz xəyalımda bu beytləri oxuyurdum:
Cəlaləddin MirzəyəTehrana, Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzə həzrətlərinə 1870-ci il sentyabr ayının sonlarında yazılmış ikinci məktubun surəti**Həzrət-əşrəf, yüksək və böyük, alinəsəb şahzadə Cəlaləddin Mirzənin hüzuruna ərz edirəm.
Başqa şairlərin şeirləri
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
TapşırıqDilə qafil olma zikri-xudadən,Ruzü şəb mədhini etgilən imla,
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.