“Səadət yanmaqdadır...”B. Vahabzadə

Oxudum şerini, qardaş!Oxudum,uzun yollar keçən,qızmar günəş altındasəhradakı sərabıbulaq suyu kimi içənbir yolçu tək,şerini oxudum.Elə bil bahar buluduydum,boşalmışam yenidən doldum,hələ üstü qaysaqlanmamış

yarama toxundun elə bil.Düşündüm,səadəti axtarmısan neçə ilAxırda tapmısan.Mənsə axtarmışam ömrüm boyu,axtarıram,axtaracağam yenə...Şair,bircə qeydim var şerinə,“Səadət yanmaqdadır...” dedin.Sanki boş qaldısondakı üç nöqtənin yeri.Necə ki,səadət axtaranlarınbir zamantop ağzındagöyə sovruldu külləri,boş qaldı yerləri...“Səadət yanmaqdadır...” deyirkənelə bil dairəyə almısansəadət ifadəsini.İndi şerə köçürmək istəyirəm mən dəsəadət axtaran qəlbimin səsini.“Səadət yanmaqdadır...”Bəlkə də bu düz olarəgər,səni yanmağa qoyalar.Yanasan...Məşəl kimi,Çıraq kimi!Yanasan,alovları sütun-sütun,buluda söykənən ocaq kimi!Şölən düşə zülmətin sinəsindəzolaq-zolaq uzananyolların üstünəsəhər-axşam.

Sonra ağızdolusu deyəsən:Xalq üçün yanıram!Fəqət yanmağa da qoymurlar.Deyirlər:alovsuz, tüstüsüz yan!Yan! Lap xalq üçün,Nə sözümüz var...Ancaq şölə çəkmə,yan xısın-xısın,yan için-için.Xalq üçün...Qardaş, nə edəsən belə “səadəti?!”Onun xoşbəxtliyindən daha çoxdurkədəri, möhnəti...Səadət vətəndədir, məncə,Torpağı, göyü,suyu, sərvəti azad vətəndə.Oğlu, qızı,dili, sənəti azad vətəndə.Ayağın altında doğma torpaq,başın üstündə doğma asiman,qəlbindən keçəniazad danışasan.Danışasanağızdolusu, ürəyincə.Güləsən də,ağlayasan da –Fəqət öz diləyincə...Daha deməyələr:– Bu, sevinc gətirir sənə,bu kədər...Buna gül,buna ağla!Yox!öz evinin özün olasan ağası.Başın üstdə oturubxeyrini, zərərini

daha öyrətməyə sənə başqası...Məncə, belə olar səadətÖzü də niskilsiz, tamam.Qardaş, sən səadəti tapmısan,Mən onu hələ də axtarıram...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri