Qızıl balıq
Payız günəşi tökülmüş hovuza,ayna üstünə dağılancivə muncuqları kimi.Nə sular fırtınalıdır,nə təbiət əsəbi.Sakit payız havasındaxumarlanır hər yan.Suda günəşin zərrələrilə oynayanqırmızı balıqlar datəqlid edirlər təbiəti.Sanki bu beş addımlıq hovuzdatapmışlar səadəti.Hərdən sarı yarpaqlartitrəyə-titrəyə düşürsuyun aynasına.Su da, balıqlar da diksinir bu hala.Elə bil yarpağın düşməsindənHovuzda fırtına qopacaqmış az qala.Balıqlar suyun dibinə enir,kirəc “dağın” ovuqlarında gizlənirlərbir zaman...Sonra da qumun üstündə sürünürlərqorxa-qorxa, həresan...Kim isə bir balıq salır hovuza,iri qızıl balıq.Fırtına qopur elə bil,su dalğalanırhovuz daşır,hər şey, hər şey bir-birinə qarışır.Bir göz qırpımındayıxılır kirəc “dağ” da,suya qarışırhovuzun dibindəki qum da,lillənmiş torpaq da.Balıq da şaha qalxmış at kimiquyruğu üstə qalxıbatır özünü qırağa.Sonra torpaq üstündəbaşlayır sürünməyə,sürünüb çapalamağa.Onu suya atırlar yenə,bəlkə sakit oldu deyə.Balıq hovuza baş vurur,burnu quma toxunur.Qalxır,suyun aynası qırılır.Birdən şahmar kimi qıvrılıryenə atılır qırağa.Sinəsini dayayıb yaş torpağa,sürünür arxasına baxmadan,Sürünür harasa...Elə bil hiss edir balıq,onu hovuza atacaqlarburada qalsa...Tutmaq istəyirlər,sürünür.Qaldırmaq istəyirlər,çapalayır.Qanadını, quyruğunu döyərək yerəsanki torpağı qucaqlayır.O, üzü üstə düşmüşbir uşağa bənzəyirbu görkəmilə.
Hönkür-hönkür ağlayır...Qaldırmaq istəyirlər,getmir...Kiçik, sürüşkən əllərilətorpağı qucaqlayır...Baxıram, heyrət aparır məni...Deyirəm:– Ey insan, vurma əllərini!Toxunma!Onu dalğası adam boyu qalxandənizə aparmayacaqsan əgər!Əl vurma nahaq!Sənin beşaddımlıq hovuzundao qalmayacaq.Toxunma ona!Boş yerə düşmə bu həvəsə.Azad yaşamaq istəyənisalma qəfəsə.Qoy qumların üstündə qalsın,sinəsindəfırtınalı ümmanın həsrəti.Qoy sürünə-sürünə,hönkürə-hönkürə ölsün.Onu hovuza qaytarıb,əlindən almabu sonuncu səadəti...Əl vurma!Əl vurma,O balığa, ey insan!Əl vurma,əgər onuazadlığa çıxartmayacaqsan!
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-qizil-baliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**