Mənə nə var?
"Bizdə bu soyuq qanları neylərdin, ilahi? "M. Ə. Sabir
"Mənə nə var?!" dedin.Düzmü dedin sən?Birləşir axırda ən uzunyollar.Kənara çəkilmə, bil ki, bu gündənBu gün mənə varsa, sabah sənə var.Daşqın böyrü üstə yıxsa bir dağı,Yanındakı dağ da əyiləcəkdir.Bu gün yeyilirsə birinin haqqı,Sabah da səninki yeyiləcəkdir.
Buzdan soyuq olar ilanın qanı,İnsansan!O isti qanın bəs hanı?De görək, sən necə baxa bilirsənGözünün önündə tapdanan haqqa?Nədən alışmayır bədənin, nədən,Haqsız məşəl tutub o yanan haqqa?Necə insan deyim, necə mən sənə?Qoy övlad deməsin bu Vətən sənə!..
Əgər adamsansa... sev adamları,Demə, bu, dostumdur, o, düşmənimdir;Demə, əzizimdir ev adamları,De, mən bu xalqınam, xalq da mənimdir.Demə, daş yayınıb qardaşa dəydi,Mən elə bildim ki, daş daşa dəydi.Yurdun o başında yıxılan kəsinAğrısı qəlbində gərək göynəsin!
Ən böyük dəryanın birdir sahili,Onu hər tərəfdən döyər dalğalar.Bir böyük Vətəni, bir böyük eliTarimar eləyər "mənə nə var"lar.
Ağaclar qatarla cərgələnibdir.Onlar bir-birindən çox uzaqdadır.Budaqlar, yarpaqlar görüşməsə də,Kökləri bir yerdə, bir torpaqdadır!
Noyabr, 1967
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-mene-ne-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1956-cı ildə İngiltərə kraliçasına Qarabağ atı - "Zaman" hədiyyə göndərilmişdi.*Cıdır düzü...
Külək - ot"Hökmdar küləyə, xalq ota bənzər. Külək hardan əssə, ot başını o tərəfə əyər".*Konfusi*
SatqınlıqSəhl-Sumbat Xalq qəhrəmanıBabəki düşmən əlinə verən.
Bəli əsəbiyəmMənə "əsəbisən" deyən - düz deyir.Mənim nöqsanımı demək istəyir.
Başqa şairlərin şeirləri · İlahi eşq
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Səttar möcüzəsiŞəninə hər yerdə tərif, söz olub,Rəqibin az olub desəm düz olmaz.
Axır çərşənbə duasıİlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,