مرا چو دل به جوانی ز غم جدا نبودز عیش لاف زدن در جهان روا نبود

Mənim könlüm cavanlıqda kədər, qəmdən cüda olmaz,Məgər aləmdə şadlıq barədə söhbət rəva olmaz!

نوای عیش ز یاران همنفس باشدچو همنفس نبود عیش را نوا نبود

Gülər üz, şad olar xatir səmimi dost olan yerdə,Belə dost olmasa, şadlıqdan əsla səs-səda olmaz!

ز هر ذخیره که اندر جهان کسی سازدبه از موافقت یار باوفا نبود

Cahanda hər qədər nemət bir insan etsə də hasil,Vəfalı dost qədər qiymətli nemət ortada olmaz!

کسی نماند که با او دمی بشاید زدکه همدمی خسان از خطر جدا نبود

Tapılmaz bir elə kəs ki, ola bir an mənə həmdəmGədanı qılmaram həmdəm, xətasız çün gəda olmaz!

مگر زمانه بدان عهد بست و پیمان کردکه خوشدلی و فراغت به عهد ما نبود

Zəmanə yoxsa əhd etmiş, bu haqda bağlamış peyman,Bizim dövranda şadlıqla könüllər aşina olmaz!

نه دوستی است که خیزد صفا ز صحبت اونه همدمی است که در طبح او جفا نبود

Hanı bir öylə dost ki, söhbəti qəlbə səfa versin?Tapılmaz bir elə həmdəm ki, təbində cəfa olmaz!

ز دشمنان چه توان چشم داشتن آخر؟درین زمانه که با دوستان صفا نبود

Nəhayət, bir düşün, düşmənlərindən sən nə gözlərsən –Elə dövranda ki, dostda səmimiyyət, səfa olmaz!

ز پادشاهی با رنج دل چه سود که مرد؟چو خوش دل آمد شاید که پادشا نبود

Ürəkdə qəm, kədər, nə bəhrəsi var padişah olsan?Könül şad olsun, aləmdə ki, hər kəs padşah olmaz!

به نزد عقل مراد دلست حاصل عمرز بی مرادی دل عمر جز هبا نبود

Ağıl qəlbi murada çatdıran ömrə verir qiymət,Muradı verməyən bir ömr üçün qiymət vəfa olmaz!

چو دوست رفت ز کف از طرب نماند اثرچو باد تند بود لاله را بقا نبود

Əlindən dost getmişsə, fərəhdən bir əsər qalmaz,Külək tüğyan edərsə, lalə ömründə bəqa olmaz!

درین زمانه فراغت، طلب نشاید کردکه جای داروی دل کام اژدها نبود

Tələb qılma əbəs asudə ömr etmək bu dövrandan,İlan ağzında qəlbin dərdinə, bil ki, dəva olmaz.

کجاست مجلس انسی بگوی در آفاقکه آن به زحمت نااهل مبتلا نبود

Bütün aləmdə bir üns məclisi tapmazsan, axtarma –Ki, onda əhl naəhlin əlində mübtəla olmaz.

کراست؟ یکدم خوش در جهان مرا بنمایکه جفت آن دم خوش محنت و عنا نبود

Mənə göstər, cahanda bir elə xoşhal vardır ki, –Keçən hər xoş günündə min məşəqqət, min bəla olmaz?

مسخرست مرا ملکت جهان و هنوزمراد با دل من یکدم آشنا نبود

Cahanı fəth edibdir şöhrətim, əmma yenə əfsus, –Muradım hasil olmaz, mətləbim əsla rəva olmaz.

ز خویشتن بده انصاف و نیک باز اندیشکرا بود دل آسوده؟ چون مرا نبود

Özün insaf elə, yaxşı düşün, bil ki, mənim könlüm –Deyil asudə aləmdə, yəqin məndən səva olmaz.

خدای عاقبت کار ما به خیر کنادکه بر زبان به ازین خلق را دعا نبود

Görüm bu işləri Tanrı, Nəhayət, xeyrə çatdırsın,Dilimdə xalq üçün bundan daha yaxşı dua olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale