Ayla Günəş
Bir gün göydə gəzən ay,Sallanan ay, süzən ayOn dördünə girərkən,Bir axşam çıxdı erkənNurlu altun taz kimi,Parladı almaz kimi.Oğurlayıb bu qızıÜfüq geydi qırmızı.Buludlar da əyib baş,Çəkildi yoldan yavaş.Külək aldı sazını,Çəkdi onun nazmı.Qucaqlaşınca ayla,Dənizlər çaldı layla.Ulduzlar alay-alay,Dedilər: “xoş gəldin, ay!”Ay sallandı, sallandı,Hər yandan əl çalındı...Bilməyən azdır ayı,Lovğalıqda yox tayı.“Mən çox qəşəngəm!” deyə,Endirmədi kimsəyə.“Yoxdur mənə göydə əş”,Deyərkən getdi sərxoş;Üfüqdən süzdü keçdi,Buluddan üzdü keçdi;Yolları sancdı keçdi,Fınxırdı yıldızlara:“Mən hara, sizlər hara?Qüdrətdən artıq payım,Göylərdə yoxdur tayım.Bu yarım-yaraşığım,Bu axan saf işığımBuludlara rəng verir,Rənglərə ahəng verir.Söhbətim var, sazım var,Dözülməyən nazım var;Salmayın haray-huray,Mənə ay deyirlər, ay!”Ayla kim eylədi bohsYıldızlarda yoxdu səs;Zöhrə darğın çırpındı,Dan yıldızı qırpındı;Külək coşdu çaldı nay,Gördüm ki, çox azdı ay;Dağlar hayqırdı yandı,Səsdən günəş oyandı.
Kitabxana.az · https://kitabxana.az/works/cavad-ayla-gunes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəlir Şimaldan bir aclıq səsi,O bəxtsiz fəryadın yoxmu kimsəsi?
Y.P.OrbelianiAltun gəncliyimin dəyərli dostu,Ay gözəl Yelena, xanım Yelena!
Yaralı quşYaralıdır könlüm quşu, yaralı,Yaralandı yazıq aşiq olalı.
YarlınqaçAla gözlü, qumral saçlı, altı-yeddi yaşında,İçin-için ağlayırdı bir qız soqat başında.
Başqa şairlərin şeirləri
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun