Soranlara, bən bu yurdunAnlatayım nəsiyəm:Bən çeynənən bir ölkənin“Haqq!” bağıran səsiyəm!Bən şairəm, doğru, ammaBaşqa dilim, diləyim!Bu gördüyüm xərabədəNə nəşidə söyləyim?!Toxundumu yazdıqlarımQəlbin incə telinə?Bax, nə haqsız bir axın varYoxsulların elinə?!Sən nə dersən bu sevdalı,Həm bu dərdli gedişə?Ey yarımın həsrətiləBoynu bükük bənövşə!..Bən qıyamam yar gəlirkənSalladığım məndilə,Ah, ey fələk, ağlar isəmGöz yaşımı kim silə?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri