Soranlara mən bu yurdun,Anlatayım nəsiyəm:Mən çeynənən bir ölkəninHaqq bağıran səsiyəm.Mən şairəm, doğru ammaBaşqa dilim, diləgim.Bu gördüyüm viranədəNə nəşidə söylədim?Toxundumu yazdıqlarımQəlbin incə telinə?Bax nə haqsız bir axın varYoxsulların elinə?..Sən nə dersən bu sevdalı,Həm bu derdli gedişə?Ey yanmın həsrətiləBoynu bükük bənövşə?Mən qıyamam yar gəlirkənSalladığım məndilə.Ah ey fələk, ağlar isəm,Göz yaşımı kim silə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri