Səhifə 1 / 6

ALTUNSAÇ

Kinossenari

Yazın sonu. Boz, susuz səhra. Bəzi yerlərdə istidən qupquru qurumuş, cansız kolluq və tikanlar.
Uzaqda yavaş-yavaş hərəkət edən dəvələr... Onların başı üzərində tutqun səma və qızmar-bəyaz
buludların parçaları. Dərinlikdə, iki təpə arasında bir dəstə adam görünür... Torpaq işi gedir. Asta, zəif
işləyirlər. Inşaatın rəisi, cavan mühəndis Qaplan, yanında üzü torlu və əlləri əlcəkli mühəndis Saryov.
O, göz qabağına gətirdiyi ağcaqanadları qovurmuş kimi əllərini yellədir.

Q a p l a n. Mən elə fikirləşirdim ki, siz artıq birinci xətti qurtarmısınız. Müəyyən edilmiş vaxtı pozuruq. Mən Bakıda ayın axırına işi qurtaracağımıza söz vermişəm...

S a r y o v. Nə bacarırıq, edirik. Bellə çox uzağa getmək mümkün deyil!

Bu vaxt mühəndis Salman atın üstündə gəlir. O başdan-ayağa toz içindədir.

S a l m a n. Mən bir neçə ekskavator tapa bilmişəm. Onları alanacan mənimki mənə dəydi. Indi işimiz həqiqətən irəli gedəcək.

Q a p l a n. Bir neçə ekskavator? Bu, yaxşıdır... (pauza) Kürün səviyyəsi necədir? Rejimə nəzarət edirsinizmi?

S a l m a n. Sözsüz.

Qaplan görülən işlərə diqqətlə baxa-baxa, çəllək dayanan meydançaya keçir. Fəhlə
su ilə dolu çəlləyə yanaşır və su içmək istəyir, çəlləkdən nazik şırnaqla lilli su gəlir.
Qaplan bunu görür və Saryova müraciət edir.

Q a p l a n. Yəni təzə su gətirmək olmazdı? Fəhlələr hər cür bulanıq suyu içir və sonra da malyariyaya tutulurlar. Allah bilir o nə sudur!..

S a r y o v. Təsərrüfat müdiri Abdullayev Bakıya gedib, ona görə də su ilə bağlı işlər qaydasında deyil.

Yenə də sudur də!.. Bəs ağcaqanadlarla neyləyək? (Gözünün qabağına gətirdiyi ağcaqanadları qovurmuş kimi əlini yellədir).

Bu əsər rus dilində yazılmışdır. Burada çəmənzəminlişünas Leyla Məcidqızının
tərcüməsində verilir. (Red.)

Axşam düşüb. Otaq. Stol açılmışdır. Tənzif çəkilmiş pəncərədən həyətdə yanan ocaq və onun yanında ət tikələrini bir-birinin ardınca şişə düzən Qaplanın etibarlı əməkdaşları Mişka və Avak görünürlər.

Otaqda iki nəfər vardır: Salman və Saryov. Salman, görünür ki, darıxır və otaqda gəzişir. Saryov çantasından araq və barjom çıxarıb, stolun üzərinə qoyur.

S a r y o v (Sifətində nifrət ifadəsi ilə). Bu dalda-bucaqda susuz gəbərmək olar.

Salman bir anlığa başını Saryova tərəf çevirir, sakitcə ona baxır
və yenə də otaqda gəzişməyə başlayır.

S a r y o v (deyinir). Burada hər şeyə görə ən yaxşı mükafat – malyariyadır.

(Qəmgin halda ağcaqanadlardan qorunur)

S a l m a n. Sızıldamayın, Saryov, hər şey yaxşı olacaq!

Salman otaqdan çıxır. Həyətdə Mişka və Avak ocağa nəzarət edirlər. Onların yanında dayanmış Salman şişləri odun üzərində yerləşdirir. Buradan kəndli, suvaqçı Həsənin gecələr ağcaqanadlardan qorunub yatdığı talvar görünür. Oradan saz səsi və Həsənin mahnısı eşidilir. Qaplan astaca talvarın ayaq tərəfinə yanaşır və... dayanır. Həsən Altunsaç haqqında xalq əfsanəsini oxuyur...

H ə s ə n. Dünya da gənc idi, Altunsaç da. Nə Şirvanda, nə də Muğanda ona tay gözəl yox idi. O gecələr öz qızılı saçlarını hörər, hörüklərdən ulduzlar çıxardı və gündüzə çevrilərdi. Ay da, ulduzlar da ona paxıllıq edərmişlər. Hətta yapalaq belə, zalımcasına çığıraraq, səhranın qaranlıq mağaralarında gizlənərmiş. Dünya da gənc idi, Altunsaç da. O, hər gün səhər sübh tezdən durub müqəddəs Kürə gedər, üzüqoylu düşərək, səhər duası oxuyar və əbədi atəş məbədinə qayıdardı.

Müdrik və işıqlı Zərdüştün əbədi atəşi alovlanar və Altunsaçın qəlbi səhər duasının şirinliyi ilə dolarmış.

Hər gün bir-birinin ardınca belə davam edər və gənc Altunsaç bəhrəli düzənliklərdə qızılgül kimi açılarmış.

Hər şey onun gözünü oxşarmış: Azərbaycanın zümrüd düzləri, məhsuldar bağları, zümzüməli çayları, bulaqları, iti yerişli at ilxıları... Heç nə onun vecinə deyildi - nə kəhər at üstündə qaçan amazonkaların oyunları, nə də onların döyüş meydanındakı şücaətləri...

Ancaq birdən yer titrədi, kainatın parlaq günəşi batdı: Ərəb qoşunları Azərbaycanın sərhədlərini aşdılar. Onlar heç kimə rəhm etmirdilər; məbədləri dağıdır, əbədi atəşləri söndürür, münbit torpaqları atlarına tapdaladır və əhalini əsir götürürdülər...

Altunsaçın ürəyi əsirdi. O, öz yaraq-əsləhəsini geyindi, polad qılıncını götürüb ata mindi. Əbədi atəşin qorunduğu şücaətlərlə dolu olan torpaqda qisasın əkssədası hər tərəfə yayıldı...

Polad amazonkalar dəstəsi qasırğa kimi düşmənin üzərinə uçur, nizələr dolu kimi yağırdı. Bizim doğma Altunsaç isə düşmən düşərgəsini yarıb keçərək, öz qılıncı ilə düşməni məhv edir.

Ancaq dünya düzünə deyil və bu dünyada hər şey vəfasızdır. Lamaların lənətə gəlmiş qılıncları amazonkaları da məhv etdi.

Möcüzə baş verdi: bircə Altunsaç sağ qalır. Düşmən tərəfindən izləndiyindən Qızqalası dağının zirvəsinə qalxır. O, bir anlığa dayanır, geriyə dönür və qəmli baxışlarla öz doğma torpağına baxır – hər şey viran edilmişdir, nə vaxtsa çiçəklənən vətəndə qatı tüstü dalğalanır.

Altunsaç içməli su olan bulağa enib su içir və insanların gözündən itir.

Həsənin zümzüməli səsi davam edir.

Mən bizim qədim Şirvanda bir dəfə olmamışam. Orada zümrüd dağ ucalır, o dağda da indiyədək Qızqalası xarabalıqları qalmaqdadır. Onlar özlərində əsrlərin sirrini və Altunsaçın işıq saçan simasını qoruyub saxlayır.

Ey işıq, qəmlənmə ki, Allahın yaratdıqlarının taleyi belə dəyişkəndir. Mənim sazımın dahiyanə tellərinə inan: yaz gələcək və xalq yeni bir Altunsaç yetişdirəcək! Və yenə də arxlarda su şırıldayacaq, torpaq dirçələcək, güc yığacaq və bizim vətənimiz xoşbəxtlik və məhəbbət işığı ilə nurlanacaqdır...

Gözlənilmədən Salmanın səsi eşidilir.

S a l m a n. Kabab hazırdır!

Mahnının ovsunladığı Qaplan bunu eşitmir.

S a r y o v (rişxəndlə). Bu lənglik Qaplanın zəhləsini tökmür!

S a l m a n (güclə sezilən istehza ilə). Onun bir az şairliyi var axı... (yenidən Qaplana tərəf müraciət edir) Rəis, yeməyə gəl!

Gecə. Həyəcan siqnalı. Kür öz sahillərindən aşıb, öz məcrasından çıxmışdır. Baraklarda işıqlar
yanıb-sönür. Pəncərə qarşısında atlıların qaraltısı görünür. Salman cəld Qaplanın otağına girir, onu yazı
masasının arxasında görür. O işləyir.

S a l m a n. Cəld ol! Bəndləri seldən qorumaq lazımdır.

Q a p l a n. Nə olub?

Qaplan stolun arxasından sıçrayır. Pəncərənin qarşısından Mişkanın səsi eşidilir.

M i ş k a. Mən işləri dayandırmışam. Bəndləri su basmasa, yaxşıdır. Başqa səs eşidilir.

S ə s. Kolxoz sahələri batacaq!

Qaplan tez barakdan çıxır, məşəl barakların arasını və insanların həyəcanlı sifətlərini işıqlandırır. Qaplanın və Həsənin səsi eşidilir.

Q a p l a n v ə H ə s ə n. Tez olun! Yoldaş Saryov hardadır? Adamlar hardadır?

Yığışırlar... Fəhlə kütləsi başda Qaplan olmaqla məşəl işığında Kürə doğru hərəkət edir. Mişka və Avak da buradadırlar. Hamının əlində bel və külüng vardır. Həsən camaatı yola salıb, talvara çıxır və Kürə tərəf baxır. Sakitlikdir. Həsənin anası – qoca qarı, aşağıdan oğluna baxır.

H ə s ə n i n a n a s ı. Kaş bizim bostanı su basmayaydı. Bir gedərdin, oğul.

H ə s ə n. Yox, ay ana, su hələ uzaqdadır. Həsən əks tərəfə dönür, nə isə görür, canlanır, aşağı enir. Təpədə at üzərində cavan qız görünür. O, Həsənə tərəf irəliləyir.

Q ı z. Qardaş, mühəndis Qaplan burdadır?

H ə s ə n. Yox, bacı, o elə indicə öz adamları ilə getdi. Sel gəlir. Nə lazımdır?

Q ı z. Mən mühəndisəm. Buraya təyin olunmuşam.

Həsən və anası sakit nəzərlərlə qızı süzürlər. Onların yanından kolxozçuları daşıyan arabalar, əllərində bel və kürək olan atlılar keçir. Partiya komitəsinin katibi öz atını saxlayır.

P a r t i y a k o m i t ə s i n i n k a t i b i. Uşaqlar, bütün boş adamları yığın. Kür daşır. Kolxoz tarlalarını xilas etmək lazımdır!

Q ı z (Mühəndis qız, çox düşünmədən, xurcunu atın üstündən götürüb Həsənə verir). Bunu, zəhmət olmazsa, rəisin otağına qoy.

Partiya komitəsinin katibinə yaxınlaşır. Xalq bir yerə yığılır. Ana qızın ardınca baxır və sonra kədərli nəzərlərlə oğlunu süzür.

H ə s ə n i n a n a s ı. Oğul, qurbanın olum. Bu dünya fanidir: mən bu gün sağam, sabah yox... Elə istərdim ki, ölməmişdən əvvəl səni evlənmiş görüm. (Ağlayır)

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 dəq
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 dəq
Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 dəq
Bizə ciddi mətbuat çoxdan lazım idi

BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.

14 dəq

Başqa şairlərin şeirləri