Səhifə 10 / 10 · 90%

1905-ci il inqilabı bütün türklər üçün intibah dövrü oldu. Bakıda türkcə qəzetlər çıxır, hər yerdə cəmiyyətlər, məktəblər açılırdı, türk işçiləri də inqilaba sarılmağa başlamışdı.

Bu yeniliklər bizi sevindirir, çar məmurlarını da əndişəyə salırdı. Şeytənət toxumu səpilməyə başladı. Bunun nəticəsi olaraq Bakıda milli çarpışma baş verdi. Bu acı hadisə haman hər yerə əks etdi. 1905-ci ilin yayında Şuşada vuruşma düşdü. Polis və hökumət əsgərləri bu düşmənçiliyə qarşı laqeyd qaldığı üçün xalq bir-birini qırıb, bir çox evlər yıxdıqdan sonra barışdılar. Bu axmaq düşmənçiliyin nəticəsində əldə nə edildi? Iki tərəf də xaraba məhəllələr, ölü, yaralılar və yetim qalmış çocuqlardan başqa bir şey qazanmadı. Türk hissəsində xəstəxana olmadığı üçün doktor Kərimbəy Mehmandarovun təşəbbüsü ilə xəstəxana açılıb, türk yaralılarını oraya topladılar. Yetimlərə məktəb açmağı da Kərimbəy mənimlə bir yoldaşıma tapşırdı. Məktəb təşkil edib, dərsə başladıq.

Iki aylıq mühasirədən sonra hökumət qoşunu gəlib, Əsgəranı topladı, yol açıldı. Bakıdan göndərilən ianə unları şəhərə gəlib camaatı aclıqdan qurtardı. Barışıq olarolmaz türk hissəsinə ilk gələn erməni sənətkarları və yoxsulları oldu. Bunlar həyatlarını türk arasında işləyərək təmin edirdilər. Bəlli oldu ki, türk yoxsulu kimi, erməni yoxsulu da ac imiş, erməni-türk düşmənçiliyini körükləyən burjuaziya isə çox gözəlcə yaşayırmış. Şəhərin təhlükəli vəziyyətindən doğan aclığa bir də ailə aclığı əlavə olundu: atam xəstələnib Ağdamdan gəldi. “Atam xəstələnərsə, necə olacaq?..” – deyə illərdən bəri məni həyəcanlandıran qorxu bu gün bir əmr-vaqe olmuşdu. Atam qoca olduğu üçün tez-tez xəstələnərdi və xəstə olduğu zaman, bir fars məcmuəmiz vardı onu açdırar və çox sevdiyi bir şeri oxutdurardı. “Atəşi mibinəm, ey yaran, zi dur...”
– deyə başlanan beytlər oxunurkən atam ağlar, xəstəliyi yüngüllənərdi. Bu dəfə xəstəliyi o qədər ağır idi ki, sevdiyi şeir belə yadına düşmürdü.

1906-cı il fevralın 20-də atam vəfat etdi.

“Xeyir-şər” otağında ikinci şər məclisi quruldu.

Anam, kiçik bacım və qardaşımdan ibarət bir ailə himayəmə keçdi.

Özüm də beşinci sinifdə ikən məktəbdən məhrum olmuş bir gənc, həyati təcrübəm yox, pulum yox. Çıxılmaz bir vəziyyətə düşərək, bədbin və hövsələsiz idim. Anam mənə ürək-dirək verirdi, “allah kərimdir” – deyirdisə də, bu sözlərdən daha da acıqlanırdım.

İlk əvvəl Ağdamdakı dükanı satmalı idim. Bazarın başına getdim, iki boş neft fıçı yüklənmiş bir ağ araba gedirdi, altı şahı verib mindim. Araba getdikcə fıçılar atılıb düşür, fəna qoxu başımı gicəlləndirirdi. Düşüb piyada getməkdən başqa çarəm yox idi. Yol uzunu yandırılmış evlərə, karvansaralara tamaşa edirdim, canavara dönmüş insanlar abadanlıqları kor qoymuşdu. Bütün günü yol gəlib, axşamçağı Ağdama çatdıq. Bir-iki gün qalıb, dükana müştəri axtardığım halda, xəstələnib Muradbəylidə yaşayan bibimin evinə getdim. Iki ay yatalaqdan yatdım. Özümü bilmirdim, hərdən bir-iki dəqiqəliyə ayılıb ətrafı süzür, təkrar böhdə gedirdim. Bir gün soyuq havada bağların arasında kəndlilərlə əlləşdiyimi duydum, yataqdan qaçmış imişəm. Dalğın zamanlar gözümə qəribə şeylər görünürdü: divlər məni təpiklə vurub, un çuvalına soxurdular, nimçədə mənə qarpız gətirilirdi, anam ağacın budağında oturub məni çağırırdı, getmək istədikdə, buraxmırdılar... Iki aydan sonra məni şəhərə gedənin birisinə qoşub, evimizə göndərmişdilər. Sonralar eşitdiyimə görə, bibim sağalacağımdan ümidini kəsib məni Şuşaya ölmək üçün göndərirmiş. Anamın məni necə qarşıladığını xatırlamıram, ancaq indi tez-tez ayılır, ətrafımdakıları tutqun

Uzaqdan, ey dostlar, atəş görürəm.
Boçka

da olsa sezirdim. Üç ay da yataqda qaldım, anam yasdığımın yanını kəsdirib, mənə baxır, məni bəsləyirdi. Bir gün yeməyimi verib, yarım saatlığa getdi, mən də yuxuladım. Yuxuda gördüm ki, artırmamızda bir çıraq var, kim isə mənə dedi, bu çıraq üç idi, ikisi sındı. Bu sözləri eşidər-eşitməz o bir dənə çıraq da düşüb sındı. Ayıldım. Anam gəlmişdi.
Yuxumu ona anlatdım, bir söz demədi.

Bir müddət sonra yaxşılaşıb artırmaya çıxmışdım. Anam yanımda idi, dedi:

– Bir ay əvvəl gördüyün yuxu yadındadırmı? O günü dayın öldü, mən də yarım saatlığa onun təziyəsinə getmişdim. Bir çırağımız qalmışdı, o da söndü.

Deməli babamın son oğlu da ölmüşdü. Anam məni rahatsız etməmək üçün xəbəri sezdirmir, acı kədərini susdururmuş.

Çox zəif olduğum üçün gündə bir saat gəzib, evə dönür və artırmada otururdum. Bu artırmada nələr düşünməzdim. Əlifbamızın qüsurlarını duyaraq iyirmi doqquz yeni hərf icad etmiş, bunun ətrafında çalışırdım, yeni-yeni rəsm mövzuları arayırdım... Xəstəliyim getdikcə yaxşılaşırdısa da, özümdə təqib olunmaq maniyası duyurdum, mənə belə gəlirdi ki, məni nə üçün isə öldürmək istəyirlər. Bu vasvasılıq mənə rahatlıq vermirdi. Bir gəzməkdən dönərkən dərəqıraqlı bir sərsəriyə rast gəldim. Üzünə baxar-baxmaz: “Bu adam məni öldürəcək” deyə başımda bir fikir doğdu. Ehtiyatla evə döndüm. Anamın israrına baxmayaraq on gün evdən çölə çıxmadım. Bir də atışma başladı... General Qalaşsapov da kazakları ilə bərabər daşnaqlara kömək edirdi. Top və tüfəng səsindən qulaq tutulur, yanan məhəllələrin işığında gecələr iynə saplanılır... Bu dəhşətlər arasında hər şeylə bərabər vasvasılığımı da unutdum.

Bir çox adam qırıb, ev yandırdıqdan sonra yenə sülh oldu, yenə riyakar andlar içildi, keşiş məscidə, molla kilsəyə gedib, əməkçiləri yalan sözlərlə uyudub dağıldılar. Doktor Kərimbəy Mehmandarov bir xəstəxana təşkil edib, türk yaralılarına müalicəyə başladı, tələbələri də xəstəxanaya işləməyə çağırdı. Evi tərk edərkən yenə vasvasılıqdan həyəcanlanmağa başladım, dərəqıraqlının sərt siması gözlərimin qabağından çəkilmirdi. Istər-istəməz məndə bir arzu əmələ gəldi: Dərəqıraqlı heç olmasa, yüngül yaralanaydı, ona xəstəxanada qulluq edəydim,
mənə dəyməyəydi...

Xəstəxanada əynimə ağ don geyib, birinci yaralılar otağına girdikdə... dərəqıraqlını yataqda gördüm. Gözünün biri bağlı idi.

Sevinc içində ona yanaşıb dedim:

– Gözünə nə oldu? Qorxma yaxşı elərik.

Dərəqıraqlı gülümsünərək dərdini anlatdı: dumdum gülləsinin qabığı qopub, sol gözünün üstünə girmişdi...

Artıq bu adam məni öldürməyəcək, – deyə nə qədər sevinmişdim...

Payız düşür. Duman ətrafı bürümüş. Sarıya və qırmızıya donanmış ağaclar kədər saçır. Varlı türk tələbələri çəkilib o biri şəhərlərə getmiş, yalnız yoxsul balaları köçdən ayrı düşmüş quşlar kimi çırpınırdı. Təhsilimizi tamamlamalı idik, oxumaq həvəsi bizi sarsıdırdı.

Bakıdakı yoldaşlarımdan birinə məktub göndərib, vəziyyətimi anlatdım.

Neçə gün keçməmiş bir teleqram alıram: “Kərimbəydən 20 manat yol xərci al, gəl”.

Bakıya deyil, mənim üçün yeni başlayan elm və mədəniyyət aləminə gedirdim...

Nə sevincli dəqiqələr idi!

11 fevral 1936-cı il

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 dəq
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 dəq
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 dəq
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 dəq

Başqa şairlərin şeirləri