Səhifə 9 / 10 · 80%

– Sən nə olmusan? – deyə soruşur.

– General-mayor.

Səfibəy o birisinə yanaşıb soruşur.

– Bəs sən nə olmusan?

– Infanteriya generalı...

Onlar da Səfibəyə müraciət edərək:

– Sən nə olmusan? – deyə soruşduqda, Səfibəy kədərlə deyir:

– Mən də dərədə kələm əkirəm, onun da üstündə gündə Anaxanımla davadır.

Səfibəy mollaya rast gəlir. Molla deyir:

– O, Səfibəy, heç məscidə gəlmirsən, qocalmısan axı, heç olmasa indi gəlməlisən.

Səfibəy boyun qaçıraraq:

– Yox, – deyir, – indi getsəm, Allah deməzmi a qurumsaq, bəs doxsan ildir harada idin?

Bir axşam kənddə Səfibəy qaçağa rast gəlir. Qaçaq tüfəngini düzəldib deyir:

– Tərpənmə.

Səfibəyin əlində bir ağac varmış, bu da qaranlıqda ağacı tüfəng kimi düzəldib bağırır:

– Sən də tərpənmə, sənnən mənim aramda tərpənən çox pis adamdır.

Səfibəy Alı yüzbaşı ilə qonşu idi. Küçədə iki evin arasında bir səki vardı. Alı yüzbaşı ilə Səfibəy burada yan-yana oturaraq bütün günü yalan söyləyib əylənərmişlər. Alı yüzbaşı deyir:

– Səfibəy, sən öl bir keçim vardı, həyətdə saxlardım. Qar yağırdı.

Qar yağdıqca keçi qarın üstə çıxırdı. Axırda qar o qədər ucalmışdı ki, keçinin buynuzları Ülkər ulduzuna dəyirdi.

Səfibəy cavabında:

– Alı, sən öl, Ağdamdan gəlirdim, bir ilana rast gəldim, yol getdikcə ilan uzanırdı. Şuşaya çatmağa az qalmışdı, amma, sən öl, hələ ilanın başı görükmürdü.

Alı yüzbaşı əlini boğazına ataraq:

– Səfibəy, mən ölüm, bir az gödəlt, – deyir.

Səfibəy cavabında:

– Alı, sən öl, keçi göydən yerə düşməsə, ilan gödəlməyəcək,

– deyir.

Səfibəy Varşavadan çin və nişanla döndükdə bütün şəhər onun ziyarətinə gedir. Alı yüzbaşı da köhnə dostunun görüşünə gəlmiş imiş, görür ki, Səfibəy döşək üstə deyil, kürsü üstə oturub, üstdən aşağı lovğa-lovğa danışır. Alı yüzbaşı Səfibəyin hərbi libasına baxıb, qorxaqorxa:

– Səfibəy, bu nə büsatdır? – deyə soruşur.

Səfibəy dostuna məhəl qoymayaraq ağızucu:

– Vayennidir, – deyir.

Alı yüzbaşı Səfibəyin lovğalığından pərt olaraq evinə gəlir. Eşşək tapır, qırmızı şilə ilə eşşəyi bəzəyib, darvazanın dalında gözləyir. Səfibəy evindən dışarı çıxar-çıxmaz Alı yüzbaşı eşşəyi itələyib, küçəyə salır. Səfibəy eşşəyi süzərək soruşur:

– Alı, bu nə büsatdır?

Alı yüzbaşı:

– Vayennidir, – deyə cavab verir.

Səfibəy məsələni anlayıb, Alı yüzbaşı ilə təzədən dost olur.

Allahverənli Kalba Şirin də hazırcavablığı və lətifələri ilə məşhur idi. Şuşada Məmiqoca adlı iri gövdəli, yekə bığlı bir adam var idi. Bu, zahirinə baxmayaraq, şəhərin ən qorxaq adamlarından idi. Çocuqlardan belə qorxardı. Lakin məhərrəmlikdə aşura günü əlinə qılınc alıb, Şümürü və Yezidi hədələyərək zikr deyərdi. Bir gün Kalba Şirin Məmiqocanı belə bir “cəngavər” vəziyyətdə görür. Məmiqoca qılıncı havada oynadaraq oxuyurmuş:

“Kərbəlada olmadıq. Şümrü sənani öldürək.

Parə-parə eyləyək övladi-peyğəmbər qanlısın...”

Kalba Şirin baxıb deyir:

– Kül başına Şümür, gör nə günə qalmısan ki, Məmiqoca da səni hədələyir.

Kalba Şirinin bu sözləri məsəl olaraq qalmışdır.

Bir gün Kalba Şirinin birisi ilə sözü çəp gəlir, ikisi də xəncəri çıxarıb hücuma hazırlanır. Birdən Kalba Şirin qarşısındakından soruşur:

– Külfətin varmı?

Deyir:

– Var.

Kalba Şirin cavabında:

– Mənimki də var – xəncəri qoy qınına.

Barışıb ayrılırlar.


Kalba Şirinin atı oğurlanır. Atı axtara – axtara gedib qala qapısına çıxır. Orada birisinə rast gəlib atının nişanələrini söyləyir, soruşur:

– Belə bir at görmədin ki?

– Gördüm, odu birisi aparır, aşağı ensən tutarsan.

Kalba Şirin:

– Atı aparan nə təhər adam idi? – deyir.

– Nazikbığ bir adam idi.

Kalba Şirin cavabında:

– Yekəbığ olsaydı, gedərdim, nazikbığda xata olar, – deyib qayıdır.


Kalba Şirinin bir curu varmış, həmişə onunla zarafatlaşarmış. Aralarındakı qayda belə imiş: Kalba Şirin zarafata başlayanda, curu mütləq cavab verərmiş. Bir gün Kalba Şirin curunun Bazar başında fayto-

na minib səfərə çıxdığını görür. Yaxınlaşıb zarafata başlayır. Curu qulaq asıb, cavab vermir və faytonu sürdürüb, yola çıxır. Kalba Şirin də bir fayton tutub, onun dalınca gedir. Gəlib, Ağdama çıxırlar. Kalba Şirin yenə yoldaşına yaxınlaşıb cavab istəyir. Müvəffəq olmur. Yoldaşı faytona minib, Yevlaxa gedir, Kalba Şirin də onun dalınca. Yezlaxda da Kalba Şirin cavab ala bilmir. Qatara minib Gəncəyə gedirlər. Gəncədə Kalba Şirinin yoldaşı zarafatın cavabını verir.

Kalba Şirin:

– Ay zalım, – deyir, – bu cavabı Şuşada versəydin, mən də bu qədər xərcə düşməzdim.


Kalba Şirin gəmidə ziyarətdən dönürmüş. Dənizdə fırtına başlayır. Gəminin təhlükəli vəziyyətini görən miniklər dua-niyaza başlayırlar, seyidlərə nəzir vəd edirlər. Kalba Şirin gəminin üstündə laqeyd bir halda gəzinirmiş. Camaat buna heyrət edib deyir:

– Ay Kalba Şirin, gəmi batır, bir sən də əlini göyə qaldır, dua elə, bəlkə sənin duanı allah eşidə.

Kalba Şirin əlini qaldırıb deyir:

– Allah, bizi bu qorxudan qurtar. Bakıya salamat çıxaq, seyidlərə on manat verim.

Gəmi gəlib Bakıya çıxır. Miniklər kənara çıxan kimi seyidlərə nəzir paylamağa başlayırlar. Kalba Şirin vəd etdiyi nəziri vermir. Yoldaşları səbəbini soruşduqda deyir:

– Mən dua eləyəndə allaha göz vurmuşdum ki, seyidə bir qəpik də verməyəcəyəm.

Kalba Şirinin ölümü də məzəli olmuşdur. Xəstə imiş, onu yoluxmağa bir çox adam gəlmişmiş. Kalba Şirin qonaqlara deyir:

– Durun otaqdan çıxın, yanıma gələn var.


Hamı otağı tərk edir. Yarım saatdan sonra dönüb görürlər ölmüşdür.

Rus-yapon müharibəsi başlandı. O zamana qədər tanınmayan kiçicik Yaponiyanın böyük Rusiyaya qələbə çalması xalqa böyük təsir bağışlayırdı. Yaponiyanın qələbəsi fənnin və texnikanın əhəmiyyətini göstərirdi. Bunu xalq anlayaraq köhnə söhbətləri buraxıb, siyasətə qapılmağa başladı. Yapon müharibəsindən əvvəl bəzi ziyalılara Krımda çıxan “Tərcüman”, Istambul qəzet və jurnalları gəlirdi. Bir-iki adam da Misirdə nəşr olunan “Türk” qəzeti gətirdirdi. Qafqazda türk mətbuatı yox idi, çar hakimiyyəti müsaidə etmirdi. Nəhayət, inqilab hərəkatı nəticəsində Məhəmməd ağa Şaxtaxtinski Tiflisdə gündəlik “Şərqi-rus” qəzetini çıxarmağa müvəffəq oldu. Şuşada indi ən çox oxunan “Şərqirus” la Bakıda çıxan rusca “Kaspi” idi. “Kaspi”də Əhmədbəy Ağayevlə bərabər, başqa türk mühərrirləri də iştirak edirdi.

Inqilab hərəkatı getdikcə alovlanır, üsyan və tətil Rusiyanı başdan- başa sarsıdırdı. Məktəbdə gizli olaraq intibahnamələr paylanır, oxuyub coşurduq. Bir gün bir erməni yoldaşın evində iclas oldu. Türklərdən mənimlə Mirhəsən Vəzirov çağırılmışdı. Tətil etmək qərara alındı. O biri gün məktəbdə dərsləri yarımçıq kəsib koridorlara çıxdıq. Marselyoza oxundu. Şur bizi tutub bir çox da şüşə sındırdıq. Özümüzlə lax yumurtalar gətirmişdik, konservator müəllimlərin başlarına vururduq.

Inqilab ruhlu müəllimləri hörmətlə müəllim otağına apardıq, tələbələrlə fəna rəftar edənlərin çoxları pəncərələrdən atılıb qaçmışdılar. Sabiq feldfebeldən biri mübəssir vəzifəsində idi, bu bizi çubuqla döyərdi, ilk əvvəl onu axtardıq, ələ keçmədi. Buraxıb qaçdığı kürkünü götürüb, acığımızdan cırıq-cırıq elədik.

Bir bölük soldat gəlib məktəbi dövrəyə almışdı, buna baxmayaraq mitinq yapıb tələblərimizi məktəb müdiriyyətinə təqdim etdik.

Tətilə cavab olaraq məktəbi bağladılar. Bu qərardan məmnun qalmayan bəylər və rus məmurları balalarının tətildə iştirak etmədiklərini irəli sürüb məktəbin açılmasına dair ərizə verdilər. Bizi təkrar məktəbə yığdılar, bir-bir rəyimizi sordular, yenə tələblərimiz yerinə yetməsə, dərsə girişməyəcəyimizi qəti olaraq bildirib məktəbi tərk etdik. Oxumaq istəyən əqəliyyətdə qaldığı üçün məktəbi açmadılar. Buna baxmayaraq bəylər israrlarında davam edir, türklərin çara sadiq olmalarını irəli sürürdülər. Bir gün Qarabağ xanlarından Cavad ağa türk tələbələrini evinə çağırdı. Ora gedərkən Mirhəsən yolda mənə dedi:

– Qapını həmişə Cavad ağanın oğlu Kikil ağa açır. Kikil ağa acıqlı olsa, bil ki, Cavad ağa da bizə qarşı acıqlıdır.

1918-ci ildə 26-lar sırasında öldürülmüşdür. Mirhəsənlə Şuşada “Fokusnik”adlı əllə yazma jurnal
çıxarırdıq, rəsmlərini də mən çəkərdim (müəllif)
2 Yeniliyə zidd adam
3 Hərbi çin
4 Baxıcı, nəzarətçi

Doğrudan da Kikil ağa acıqlı idi. Içəri girdik, oradakı ağalar və bəylər də bizi kinlə qarşıladılar. Bir zadəgan mitinqi də burada başlandı. Müsəlmanların ənənəvi sədaqət və übudiyyətində padşahın “şəfqət və ədalətinə” dair havalar çalıb bizi yolumuzdan daşındırmaq istədilər. Axırda Mirhəsən tətili davam etdirəcəyini qəti olaraq bildirdi, mən də eyni fikri ifadə edib, məclisi tərk etdik. O gündən etibarən bəylər bizə düşmən oldular.

Bir neçə ay davam edən tətil zamanı boş vaxtımızı ictimai işlərə sərf etdik: türk hissəsində qiraətxana, kitabxana, teatr təşkil etdik. Mövqufatı öz xüsusi əmlakına çevirmiş mollalarla çarpışaraq aşağı məsciddə özümüzə bir hücrə alıb, müəllim tutduq, türkcə savadımızı

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 dəq
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 dəq
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 dəq
Lüzumsuz arzu üçün

İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. Hələ mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb gülümsədi və qızıl dişlərini göstərərək:– Ya Allah, ya Allah, – deyib əlimi sıxdı. – Balam, haradasan? Sanki başqa-başqa şəhərlərdə yaşayırıq.

5 dəq

Başqa şairlərin şeirləri