Səhifə 2 / 2 · 50%

Nauməfəndi. Bunlara bir ziyafət də ver. Qoy əylənsinlər.

Adam hər vaxt lazım olur. İnşallah, iləridə bir çox istiqrazlar yapacayız.

(Qapı yenə yavaşca tıqqıldayır). Gəl! (Qapıçı əlində təbsi kirir, masaya yaxınlaşdıqda Naum vizit kartını götürüb baxır). Buyursun (qarson çıxır).

Qastonde - Mustaz (girir). Axşamınız xeyir.

Nauməfəndi – Axşamın xeyir. Təqdim edəyim (Süleyman Salehbəyi göstərir). Salehbəy. Mühüm bir simadır.

Qastonde - Mustaz. Məmnuniyyətlə. (Görüşürlər. Qaston de-Mustaz Süleyman Salehbəylə qarşı-qarşıya oturur. Süleyman Salehbəyə)

Nasılsınız, əfəndim?

Süleyman Salehbəy. Təşəkkür edirəm.

Qastonde - Mustaz. Simanız bana tanış gəlir. “Traternute muzulman” cəmiyyətində olmamışsınız?

Süleyman Salehbəy. Bir dəfə getmişdim. Yəqin orada görmüşsünüz.

Qastonde - Mustaz. Öylə olacaq (sükut).

Nauməfəndi (Qaston de-Mustaza). Müsyö, məsələni izah etmişdim – vaqifsən.

Qastonde - Mustaz. Bəli.

Nauməfəndi. Sabahdan etibarən işə başlamalı.

Qastonde - Mustaz. Teleqramlar hazırdır. İstərsəniz oxuyum.

Nauməfəndi. Gözəl!

Qastonde - Mustaz (cibindən bir kağız çıxarıb oxuyur). “Bağdad. Kürd üsyanı genişlənməkdədir. Diyarbəkirdə müvəqqəti hökumət təsis olunmuşdur. Kürdüstan krallığına namizədliyi söylənən Salehbəy buradan xaricdəki “Kürd təali cəmiyyəti” üzvlərilə görüşmək məqsədilə Beyrut yolilə Fransaya yola düşmüşdür. Alınan son məlumata görə Kamalın təskin üçün göndərdiyi ordu ağır zərbə yeyərək geri çəkilməyə məcbur olmuşdur”.

Nauməfəndi. Yaxşıdır, fəqət Kürdüstanın daxili vəziyyətini bir az təfsilatı ilə yaz.

Qastonde - Mustaz. Bu müsvəddəsidir. Təbii dəyişəcəyəm. Sabah bu “Maten” qəzetinə veriləcək.

Nauməfəndi. Yaxşı olar ki, təqribən eyni mündəricədə bir teleqram da Istambuldan “Çikaqo tribun” qəzetinə verilə. Çünki bilirsən, bu məsələ ilə Ingiltərə kapitalı daha yaxından maraqlanır.

Qastonde - Mustaz. Olar.

Nauməfəndi. Başqa qəzetlərə neçə?

Qastonde - Mustaz. İki gün sonra. İki gün sonra kral Beyrutdan çıxacaq. Bu, ayın yeddisinə təsadüf edir. Doğrudan da, o günü oradan Marselə vapor gedir. Məsələni ətraflı öyrənmişəm. Ayın səkkizində qəzetlərdə bir sıra teleqramlar nəşr edəcəyəm. Bunlar daha təfsilatlı və maraqlı olacaq.

Nauməfəndi. Hər halda sən yeniyetmə mətbuatçı deyilsən. Təcrübən çoxdur, səni öyrətmək olmaz.

Qastonde - Mustaz. Əmin ola bilərsən. Əfkari-ümumiyyə lazımınça tənvir olunacaq...

Nauməfəndi. Nə zənn edirsən, bir-iki məqalə buraxsaq, neçə olar? Məsələn, “Fransanın Kürdüstanda mənafeyi”... Bilirsən, Suriyaya qonşuluq hesabilə... Məqalələri siyasətcə əsaslandırmağı özün gözəlcə bilirsən...

Qastonde - Mustaz. Sırasilə “Maten”, “Pti pariziyon”, “Jurial” kimi qəzetələrdə böyük məqalələr yazaram, axşam qəzetəsi “Əntrasizona”da kiçik bir parça verərəm. Kafidir, zənnindəyəm...

Nauməfəndi. Lap yaxşı. Sabah sən qiymət öyrən, bax gör qəzetlərə nə qədər pul verəcəyik – mənə deyərsən... Bilirsən, Fransa qəzetlərinin gurultusu ingilislər arasında şiddətli qısqanclıq hissi oyadacaq. Bizə bu lazımdır.

Qastonde - Mustaz. Hay-hay. Anlayıram.

Nauməfəndi. Daha nə kimi təşəbbüslər lazımdır?

Qastonde - Mustaz. Bank mühafillərində nüfuzu olan biriki qüvvətli adam əldə edilməlidir. Kiçik millətlərə istiqraz veriləndə bunlarsız olmayır... Təbii, həqqi-sükut lazım...

Nauməfəndi. Bunu bilirəm. Belə bir adam tanıyırsanmı?

Qastonde - Mustaz. Təbii. Mən onlarla görüşərəm və verəcəyiniz paranı sezdirərəm. Sonra, Parisdə yaşayan Əbdülhəmid paşaları var. Onlar da Şərqdəki hadisələrlə əlaqədardırlar.

Nauməfəndi. Lap yaxşı, bunların hamısını gör. Mənə də tanıtdır, bir gün ziyafətə dəvət edərik.

Qastonde - Mustaz. Əvət-əvət. (Sükut. Naum əfəndi zəngi basır, qapıçı gəlir).

Nauməfəndi (qapıçıya). Operetiv gətir. (Qapıçı çıxır).

Qastonde - Mustaz. Məsələ indi aydındır. Kralın gəlməsi məsələsi ətraflı düşünülmüşdürmü?

Nauməfəndi. Hazırdır. Salehbəy hər cəhətdə bizimlə həmrəydir.

Qastonde - Mustaz. Çox gözəl! Çox gözəl!

Nauməfəndi (gülümsünərək). Yoxsa, işsiz oturmuş, yığdığı pulları yeyib qurtarıb. Bunu da qazandırmalıyıq.

Süleyman Salehbəy. Bənə müəllimlik etdiyinizdən dolayı mütəşəkkürəm. (Qapıçı təbsidə sifon, iki şüşə şərab və qədəhlər gətirib masanın üstünə qoyur, tökmək istədikdə).

Nauməfəndi (qapıçıya). Biz özümüz tökərik. (Qapıçı gedir. Naum qədəhlərin dibinə hər şərabdan bir az töküb, başlarını sifondakı qazlı su ilə doldurur. Qonaqlara). Buyurunuz!

Süleyman Salehbəy. Mersi!

Qastonde - Mustaz. Mersi! (bir qurtum alıb təbsiyə qoyurlar və sonra mürur ilə içirlər).

Nauməfəndi (Qaston de-Mustaza). Saleh bəyin bir sıra şeytan dostları var. Dünya işində olduqca mahirdirlər. Zənn edirəm, bizə çox yardım edəcəklər.

Qastonde - Mustaz. Çox gözəl, çox gözəl! Şərqlilər çox zəki olurlar. (Süleyman Salehbəyə). Əfəndim, biz fransızlar şərqliləri çox sevəriz.

Süleyman Salehbəy. Biz də hakəza. Fransayı çox sevdim. Ciddən mütərəqqi ölkədir.

Qastonde - Mustaz. Əvvəlcə də Fransaya gəlmişdinizmi?

Süleyman Salehbəy. Xayır, gəldiyim ilk dəfədir.

Qastonde - Mustaz. Amma, fransızca eyi qonuşursunuz.

Süleyman Salehbəy. Pək mükəmməl deyil.

Qastonde - Mustaz. Əfəndim, bir həqiqət var ki, şərqlilər dili, bilxassə fransız dilini çox çapuq öyrənirlər. Bən öylələrinə təsadüf etdim ki, parisli qədər mükəmməl bilir. (Naum əfəndi zəngi vurur, qapıçı gəlir).

Nauməfəndi (qapıçıya). Gələ bilərsinizmi?

Qapıçı. Buyurunuz, əfəndim (gedir. Qaston de-Mustaz heyrət edər kimi Naum əfəndinin üzünə baxır).

Nauməfəndi (Qaston de-Mustaza baxaraq). Axşam yeməyini bir yerdə yeyəlim.

Qastonde - Mustaz. Əfəndim, zəhmət edirsiniz... Təbii, müsafirpərvərlik Şərqin ən məqbul adətlərindəndir. Şu adətə hörmətən məmnuniyyətlə yeyərəm. (Naum əfəndi qalxır, ona mütəaqib-qonaqlar da qalxırlar. Birdən Naum masanın qutusunu açaraq).

Nauməfəndi (Qaston de-Mustaza). Əfv edərsiniz, məsələnin ən mühümü unudulmuş. (Masadan pul çıxarıb ona verir). Şimdilik ufaq-tüfək məsarif üçün.

Qastonde - Mustaz (pulu çibinə qoyaraq). Mersi! Mersi!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci kitab, bir neçə söz

“1917-ci ildə” həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.Bu yeni dövrü qismən təsvir edəcək “Tərtər” adlı romandan sonra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.

1 dəq
İkinci kitab, birinci hissə

1**Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.

1 saat 10 dəq
İkinci kitab, ikinci hissə

1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.

53 dəq
İkinci kitab, üçüncü hissə

1**Ternopola doğru yürüyən tren başdan-başa siyasi münaqişəyə qapılmışdı. Birinci sinifdən tutmuş üçüncü sinfə qədər – hər kəs qruplara ayrılıb, bəhs etmədə idi. Leninin nitqləri, “Pravda”nın məqalələri, bolşevik təbliğatı hər şeydən artıq beyinləri atəşləndirmişdi. Artıq müharibənin əvvəllərində süni olaraq coşdurulmuş vətən hissi sönmüşdü. Burjua qəzetlərinin təhrikinə baxmayaraq, “Son zəfərə qədər müharibə” şüarı da ölmüşdü. Kerenskinin cəbhədə hücuma keçilməsi əmri də əksəriyyət arasında təsir doğurmamışdı. Sülh və asayiş xəyallarda hökm sürən yeganə bir qüvvə idi. Inqilabdan razı olmayanlar üçün hələ vətən, boş da olsa bir məna ifadə edirdi. Bunlar müharibənin davamını, müttəfiqlər arasında imzalanan müahidələrə riayət edilməsini, zəif səslə də olsa, irəli sürürdülər. Komandan qismi isə olduqca bədbindi, ordunun hərbə müstəid olmasına inanmırdı.

53 dəq

Başqa şairlərin şeirləri