Ağabəyim Ağa
Axır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki misra yadıma düşür:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...
Niyə tez-tez yadıma düşür bu iki misra?
Yəni yalnız ona görə ki, haçansa bir vaxt ayılırıq və görürük ki, heç bilməmişik ömür necə gəlib, necə gedib?
Buradakı həsrətə görə?
Ağabəyim ağa Qarabağ xanı İbrahimxəlil xanın qızı idi, Şuşada anadan olmuşdu, İrana, Fətəli şaha ərə verilmişdi, amma həmişə də qəribçilik içində olmuşdu.
Düzdü, qəribçilik səni yalnız qürbətdə basmır, bəzən öz evinin içində də qərib olursan, amma Ağabəyim ağanın ürəyi Qarabağda, Şuşada qalmışdı və Ağabəyim ağa dərdli bir «ah» çəkmişdi:
Mən aşığam, qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmır Qarabağ...
Əslində hər bir adamın içində öz Şuşası var, bəzən heç bundan özünün də xəbəri olmur, amma ürəyi o şüşənin içindədi, öz Şuşasındadı. O Şuşa kiminçünsə bir həyətdi, kiminçünsə bir tut ağacıdı, bir böyürtkən koludu, kiminçünsə bir məhəllədi, amma o həyət də, o tut ağacı, böyürtkən kolu da, əlbəttə, öz-özlüyündə Şuşa deyil, oradakı təbəssümdü, hissdi, oranın həmişəlik keçmişdə qalmağından doğan təəssüfdü, həsrətdi; hər birimizin bir-birinə bənzəməyən, amma elə bil ki, əbədi olan bir həzinlik içində eyni təəssüflə, eyni həsrət, eyni yanğı ilə illər keçdikcə rəngini itirən, cizgiləri əriyən öz Şuşası.
Bu nə müdriklik dərsidi belə, mən verirəm?
Bu nə nəsihətdi belə?
Ağabəyim ağa iki misra da demişdi:
Ey naseh, nəsihətin mənə əbəsdir, əbəs,
Ətəkləyər sözlərin atəşimi – söndürməz.
3 dekabr 1987.
Mərdəkan.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-agabeyim-aga
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı.Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən
VIII fəsilİş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah!.. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?
IX fəsilCümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad Surxaygilin illərdən bəri solub bozarmış rəngbərəng qapısını döydü və cırıldaya-cırıldaya açılan qapıdan Gülzar arvada:– Az, düş aşağı, – dedi. – Humanitar yardım gətiriblər.
X fəsilƏhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna, səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin
Başqa şairlərin şeirləri
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,