X fəsil
Əhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna, səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.
Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin
generalissimus formasında rəngli şəklini yapışdırmışdı və Vasili Kuzmiç qəti
surətdə bu fikirdə idi ki, Stalin əsl rəhbər və əsl rus mujiki idi (Qorbaçov isə – İuda idi). Vasili Kuzmiçin gəncliyi Stalinin zamanına düşmüşdü və o, Stalinə sevgi və ehtiramını bu günə kimi ürəyində saxlamışdı.
Vasili Kuzmiç o bağı da sevirdi, daha doğrusu, həyətdəki o əncir, tut, üzüm,
ərik, şəftəli, armud, zoğal, əzgil – bir sözlə, o ağacların hamısı, illər keçdikcə,
Kuzmiç üçün əziz bir məxluqa çevrilmişdi, Kuzmiç onların hamısını – az qala,
budaqlarının sayınacan – bir-bir tanıyırdı və əsas məsələ burasında idi ki, ona elə gəlirdi, elə bil, o ağaclar da onu tanıyır, onun üçün darıxır və ağacların belə bir vəfadarlığı Kuzmiçə bəzən elə təsir edirdi ki, – xüsusən bir az araq içəndən sonra – kişi qəhərlənirdi, burnunu çəkib bir siqaret yandırırdı.
Kuzmiç bəzən ağacların arasında dolaşanda, özündən asılı olmayaraq, hansı ağacınsa yanında dayanırdı, əlini onun gövdəsinə sürtüb:
– Necəsən?– soruşurdu və onun o sualının ağac üçün xoş olduğunu, az qala, cismən hiss edirdi.
Vasili Kuzmiçin heç bir güzəran iddiası yox idi, gününü bir kömbə çörək və bir şüşə araqla keçirə bilərdi və bunu özünə dərd eləmirdi – həyat idi və həyatın öz qanunları var idi. Əhməd Ağayeviçin verdiyi pul azlıq edirdi, amma Vasili Kuzmiç bir dəfə də olsun, bu barədə bir söz demirdi və əsas məsələ burasında idi ki, Vasili Kuzmiç o ağaclara Əhməd Ağayeviçin verdiyi pula görə qulluq etmirdi, o ağacları sevdiyinə görə onlara o cür sidq-ürəkdən qulluq edirdi – dibini boşaldırdı, sulayırdı, budayırdı, gövdəsinə əhəng çəkirdi, vaxtlı-vaxtında dərman püsgürdürdü, dibinə peyin tökürdü və s. – Vera Arxipovna xəstələnib yatağa düşəndə, arvadına necə xidmət etmişdisə, indi Əhməd Ağayeviçin bağındakı o ağaclara da eləcə cani-dildən xidmət edirdi, intəhası, Veranın o bəd xəstəliyinə görə, Kuzmiçin ürəyi kədərli olurdu, indi isə, əksinə, ağaclara xidmət edəndə ürəyi tamam açılırdı.
Bağdakı o ağaclardan sonra Vasili Kuzmiçin ünsiyyətdə olduğu ikinci məxluq isə ağac yox, insan idi – üzbəüz bağa baxan Ələmdar – və Ələmdar hərdən arvadının qorxusundan xəlvət-xəlvət Vasili Kuzmiçin yanına gəlib onun arağına şərik çıxırdı. Ələmdar Ermənistandan qaçqın düşmüşdü və ailəsi – arvadı, dörd uşağı – ilə birlikdə Əhməd Ağayeviçin bağının qarşısındakı bağda, Vasili Kuzmiçin damı kimi birotaqlı damda yaşayırdı və onun bağ sahibindən aldığı pul araq almağa imkan vermirdi, imkan olanda da, arvadı o saat duyuq düşürdü və Ələmdarı növbəti dəfə qovub bağa buraxmırdı.
Bir dəfə, axşam Ələmdar yenə arvadından gizlin Vasili Kuzmiçin yanına gəldi və böyük heyva ağacının altında, Əhməd Ağayeviçin Lənkərandan gətirtdiyi, üzünə lak çəkilmiş kötüklərin üstündə oturub, Kuzmiçin günorta aldığı, yarısı hələ qalmış araq şüşəsini iki stəkana boşaltdılar.
Ələmdar:
– Zakuskaya bir şey net?– soruşdu.
Vasili Kuzmiç:
– Net, – dedi. – Quyu suyu yest.
Ələmdar:
– Olmadı ki... – dedi və arağı içdi, sonra quyu suyu doldurulmuş bardaqdan bir-iki qurtum aldı, sonra da ağzını su ilə doldurub cidd-cəhdlə qarqara eləməyə başladı
– bəzən arvadı ondan şübhələnəndə ağzını iyləyirdi – axırı ki, ağzındakı suyu yerə tüpürüb: – Sabah, – dedi, – səni bir əntiqə yerə qonaq aparacam...
Ələmdar araq içəndə çox şey deyirdi, səhərisi də dediklərini yadından çıxarırdı, amma o günün sabahı, doğrudan da, Vasili Kuzmiçi çağırdı:
– Adevaysa, paydyom.
Vasili Kuzmiç:
– Hara paydyom?– soruşdu.
Ələmdar:
– Ə, dünən ne skazal tebe?– dedi. – Qonaq vazmu tebya. Adevaysa.
Vasili Kuzmiç daha bir söz deməyib dama girdi. Otaqda dolab yox idi və Vasili Kuzmiç divarın bir küncünə qəzet yapışdırıb mismar vurmuşdu və sovet vaxtı bayramlarda geydiyi o yeganə kastyumu da Nuh-Nəbidən qalma bir asılqana keçirib o mismardan asmışdı – onu götürüb geyindi. Burada yaşadığı beş il müddətində kastyumu bir dəfə də olsun əyninə geymədiyi üçün, Vasili Kuzmiçə elə gəldi ki, elə bil, onu qəfəsə salıblar və o, damdan çıxanda Ələmdar mat-mat onun pencəyinin döşündəki orden-medallara baxdı:
– Eta vsyo tvoy?
Vasili Kuzmiç açıq-aşkar bir qürurla:
– A kak je?.. – dedi.
Ələmdar bir müddət də o orden və medallara baxıb:
– Net, – dedi. – Eta vsyo snimat!
Vasili Kuzmiçin içində bir etiraz dalğası yarandı, amma Kuzmiç o dalğanın qarşısını aldı, çox atılıb-düşmək lazım deyildi, dünya dəyişmişdi, həyat idi və həyatın öz qanunları var idi.
Vasili Kuzmiç iyirmi beş il bundan qabaq o kastyumu alıb döşünə orden və medalları taxdığı gündən sonra, ilk dəfə onları açıb çıxartdı.
Ələmdar:
– Tak xaraşo. Getdik.
– Kuda getdik?
– Maştağa! Ehsan tam.
– Çto?
– Ehsan! Znayeş ehsan şto?
– Net.
Və həmin gün Ələmdar ehsanın nə olduğunu Vasili Kuzmiçə başa saldı və elə həmin gündən də ehsan Vasili Kuzmiçin güzəranının gözəl bir hissəsinə çevrildi.
Məsələ burasında idi ki, Ələmdar son üç ildə təkcə Bilgəhdə yox, yaxın kəndlərdə də tanıyıb-tanımamağından asılı olmayaraq – əksəriyyətini tanımırdı – hansı mərhumlar üçün ehsan məclisi düzəlirdisə, çayxanada, bazarda, məsciddə, bundan xəbər tuturdu, ünvanı öyrənirdi və gedib ədəb-ərkanla orada ehsan – adətən, plov – yeyirdi və tanımadığı o mərhuma da Allahdan rəhmət diləyirdi. Əlbəttə, ehsan sahibləri Ələmdarı tanımırdılar, amma bunun fərqi yox idi, elə bilirdilər ki, Ələmdar mərhumun, ya da onun hansısa qohumunun tanışıdı, bir də ki, müsəlmançılıqda ehsan savab idi və heç kim Ələmdarı yas yerindən qova bilməzdi ki, niyə gəlib burda ehsan yeyirsən.
Ələmdarla birlikdə Maştağaya gedib həyatında ilk dəfə həqiqi plov, halva yeyən, zəfəranlı şərbət içən və bütün bunlardan vəcdə gələn Vasili Kuzmiç həmin gündən sonra bir müddət Ələmdarla birlikdə öyrəndikləri yas məclislərinə gedib ehsan yedi. Bəzən elə olurdu ki, kəndlərdəki o yas məclislərində təəccüb və maraqla Vasili Kuzmiçə baxırdılar və günlərin birində Ələmdar dedi:
– Znayeş şto? Tı addelna, mən də addelna. A to, vmeste, patom ploxo budet!
Və Vasili Kuzmiç həftədə iki dəfə, üç dəfə, elə həftə olurdu ki, lap beş dəfə
kimlərinsə yas məclislərinə gedib ehsan yeyirdi və onun sidq-ürəkdən təəssüf elədiyi bircə şey var idi ki, bu da ehsan süfrələrində arağın olmaması idi.
Vasili Kuzmiç müsəlmanlığı elə həmin vaxtlarda qəbul etdi – məscidə getmədi, heç bir mollaya müraciət etmədi, sadəcə, bir gecə tut ağacının altındakı o laklı kötüklərdən birinin üstündə oturub siqaret çəkə-çəkə fikirləşdi ki, düz eləmir və bu, Allahın xoşuna gələn iş deyil, özü xaçpərəst ola-ola müsəlmanların yas məclisində iştirak edir və elə həmin gecə də Vasili Kuzmiç özü-özünə qərar verdi ki, müsəlman olub.
Ələmdar ona deyirdi:
– Sən necə müsəlmansan ki, araq içirsən?
Vasili Kuzmiç ondan soruşmurdu ki, bəs, sən niyə müsəlman ola-ola araq içirsən – bu, həyat idi və həyatın öz qanunları var idi, ona görə də deyirdi:
– Mən musalman olanda dedim ki, bunun yedinstvenni, vodkaya daxli yoxdu.
– Sünnət oldun?
– Sunnat olsa da, olmasa da, o, heç neyə ne qodidsya.
Ələmdar araqdan sonra quyu suyu ilə ağzını qarğara eləyəndən sonra soruşurdu:
– Bəs, sən necə müsəlmansan?
– Ya musalman olanda dedim ki, ya müsəlmanam, i vsyo! Uje elə Vasili Kuzmiç deyiləm, kak ranşe...
Ələmdar:
– Heç olmasa, adını dəyiş də... – deyirdi. – Vasili Kuzmiçdən müsəlman olar? Vasili Kuzmiç:
– Allax urakdadi, adda yox. Man Vasili Kuzmiçam, i vsyo!
Kitabxana.az · https://kitabxana.az/works/elcin-bayraqdar-x-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Divarlarına təzəcə göyümtül əhəng çəkilmiş bu dalan ensiz, adamsız, səliqəli və yay kimi isti o aprel günündə kölgəli idi. Güclə seziləcək əhəng iyi, elə bil ki, bu dar dalandakı sakitliyin, rahatlığın və təmizliyin daimiliyindən xəbər verirdi, yəni elə bil ki, bu qısa və dar dalandakı həmin sakitlik, rahatlıq və təmizlik həmişə olmuşdu – min il bundan əvvəl də belə idi və min il bundan sonra da belə olacaqdı; dalana tünd sarı rəngli üç həyət qapısı açılırdı və tünd sarı rəngli o üç həyət qapısı da, elə bil ki, həmişə beləcə kip örtülü olmuşdu və heç zaman açılmayacaqdı; qənbər döşənmiş ensiz küçədə ötən o maşınların səsi də o aprel günü bu dalana hay-küylə, sürətlə yox, ahəstə gəlirdi, o maşın səsinin özündə də bir yumşaqlıq, bir mülayimlik vardı.Gicbəsər, dalanda, az qala, divara bitişik basdırılmış elektrik dirəyinin dibində, asfaltda qarnıüstə uzanmışdı və itin qara gözləri mürgü döyürdü. Gicbəsər Tülkü Gəldi Qəbiristanlığından çıxdığı iki gün ərzində Bakının dağlıq məhəllələrini dolaşa-dolaşa gəlib bu balaca və sakit dalana çıxmışdı; bura rahat və təmiz idi, bu sakitlik, bu rahatlıq və təmizlik iki günlük didərginlikdən sonra, itin ürəyincə idi.
7. Qonaqlıq1939-cu ilin qış günlərindən biri idi və havalar uzun müddət mülayim keçəndən sonra, birdən-birə həmin gün bütün gecəni qar yağmışdı, Bakının küçələrini, binaların damını, eyvanını, xüsusən, gediş-gəlişin az olduğu yuxarı məhəllələri (Ələsgər müəllimin ikiotaqlı, mətbəxli mənzili Bakının dağlıq hissəsindəki belə məhəllələrdən birindəki birmərtəbəli kiçik binada idi) qar basmışdı və qəribə idi, bu gözlənilməz soyuq həmişə rahatlığı, istini xoşlayan Ələsgər müəllimi nəinki narazı salmışdı, narahat etmişdi, əksinə, hər tərəfi bürümüş o tərtəmiz qar ağlığı Ələsgər müəllimin bütün içinə bir coşğunluq, bir ruh yüksəkliyi, hətta – nə qədər ağlasığmaz olsa da – bir hərarət gətirmişdi (qar və hərarət!); elə bil ki, o qış günü qarın o tərtəmiz ağlığı, ümumiyyətlə, daha dünyanın qara yox, ağ günlərindən xəbər verirdi, elə bil, o ağlıq, o təmizlik əməllərin bundan sonrakı salehliyindən deyirdi və Ələsgər müəllim mətbəxdə divardan asılıb altına da girdə tas qoyulmuş əlüzyuyanda həmin coşğunluq, həmin gözəl ovqatla əllərini tərtəmiz yuyub:– Gətir o toyuqları bura, mən doğrayım!– dedi.
8. QəbulHəmin günün axşamı saat 9 radələrində Azərbaycan K(b) P MK-nın birinci katibi Mir Cəfər Bağırov iş otağında pəncərənin qarşısında dayanıb şəhərə baxırdı. Bakının bütün aşağı hissəsi, dənizkənarı bulvar və dənizin özü buradan yaxşı görünürdü və Mir Cəfər Bağırov səhərdən gecənin yarısına kimi – həddən artıq işləyib yorulanda, xüsusən, yaz çağları, bəzən bu pəncərənin qarşısına keçib dənizə baxmağı xoşlayırdı. Dənizin genişliyi, təmkini və daimiliyi ilə Mir Cəfər Bağırovun yaşadığı və işlədiyi gündəlik həyatın tələsikliyi, sürətlə hadisələrdən hadisələrə adlaması, kompaniyaların, əməliyyatların biri qurtarmamış o birisinin başlanması, əsəb gərginliyi və yorğunluğu arasında elə bir qəribə təzad var idi ki, bu təzad onu qıcıqlandırmaq əvəzinə, əksinə, sakitləşdirirdi. Yoldaş Stalinin iş saatı, az qala, günortadan başlayıb gecənin yarısına kimi davam edirdi və bütün bu müddət ərzində, təbii ki, Mir Cəfər Bağırov da işdə olurdu – lap gecə saat birdə də Stalin zənf eləyə bilərdi; səhərlər isə tezdən durmağı uşaqlıq çağlarından adət etmişdi, iş də çox idi, iş qurtarmaq bilmirdi, Mir Cəfər Bağırov isə iş olan yerdə sakit dayana bilmirdi və buna görə də çox zaman yuxusuz olurdu, dənizin bu pəncərədən görünən o genişliyi, o təmkini, o daimiliyi isə, elə bil ki, bu əsəbi adamın yuxusuzluğuna da təsir edirdi, uzaqdan-uzağa bir dinclik gətirirdi. Amma həmin qış axşamı Mir Cəfər Bağırov Xəzərə yox, küçələrlə ora-bura gedən, dayanacaqlarda tramvay gözləyən adamlara baxırdı və o adamların, əlbəttə, heç ağlına da gəlmirdi ki, bu dəqiqələrdə Mir Cəfər Bağırovun eynəkli gözləri onları müşayiət edir.Bu fikir Mir Cəfər Bağırovun qalın, kobud dodaqlarından bir təbəssüm qaçırtdı və vaxtından xeyli əvvəl ahıllaşmış qırx üç yaşlı bu adam iki əli arasında tutduğu bir dəstə karandaşı şaqqıldada-şaqqıldada bir-birinə sürtdü; onun əllərində ekzema xəstəliyi var idi, buna görə də çox zaman əlində bir dəstə karandaş olurdu və iri əllərini bu karandaşlara sürtdükcə ekzemanın qaşıntısını sakitləşdirirdi; sonra gözlərini o adamlardan çəkib dənizə tərəf baxdı, binaların qar basmış damlarını nəzərdən keçirdi.
9. «Ölüm, ya ölüm?»Bakının qərb tərəfində yerləşən Keşlə həbsxanasında bir kamerada on iki nəfər idi: Şair idi, Dramaturq idi, dörd professor idi – Ədəbiyyatşünas, Folklorçu, Filosof və Dilçi, – Nəşriyyat müdiri idi, Məktəb müdiri idi, Kitabxanaçı idi, Redaktor idi, Xosrov müəllim idi, bir də Bir Nəfər.Bu Bir Nəfərin danışığı dolaşıq idi, sözündən gah belə çıxırdı ki, partiya işçisidi, gah belə çıxırdı ki, Azneftdə mühəndisdi, gah da belə çıxırdı ki, Qızıl Orduda siyasi işçidi (daha doğrusu, idi!); hər halda, qalan on bir nəfər o Bir Nəfərə etibar etmirdi, ondan çəkinirdi, onun yanında sözünü, söhbətini kəsirdi. Bunun sövq-təbii bir səbəbi bəlkə də onda idi ki, Bir Nəfər sifətdən Mir Cəfər Bağırova oxşayırdı: eynilə bir boyda, sifətlərinin quruluşu oxşar, oxşar burun, oxşar çənə, oxşar ensiz, amma cod tüklü bığ, hətta oxşar girdə şüşəli çeşmək...
Başqa şairlərin şeirləri
Dağlarda dağ, səhrada səhra qorxusu.Dağlarda səhra,
GördümÇəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Sən də susAsta tərpət ayağını, əlini,Yaxşı susur, yaman susur, sən də sus.