Görürsənmi oğrun baxan gözəli,Tərlan kimi necə cilvələnibdi?!Öz nurundan xəlq eyləyib ilahi,Gözləri qüdrətdən sürmələnibdi.

Xoş saatda xoş gəlibdi cahana,Yoxdu gözəlliyə qüsur, bəhana,Qənd əzilib dilə, dişə, dəhana,Qaymaq dodaqlara bal bələnibdi.

Ələsgər qurbandı belə gəlinə,Sona kimi cumub eşqin gölünə,Gümüş kəmər xub yaraşır belinəYaxası qızıldan düymələnibdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri