Bəlkə
Gecədən çox keçir,Yataq, əzizim,Sabahın nə qədər qayğıları var.Sabah yolumuzu gözləyir bizimNeçə nigaranlıq, neçə intizar.
Kiminsə qəlbinə dəyəcəyik biz,Kimsə qəlbimizi sındıracaqdır.Bəlkə bir duyğusuz, hissiz, ürəksizBizi odlayacaq, yandıracaqdır.
Bəlkə köksümüzə sığmayan arzuKiminsə əlilə puç olacaqdır.Bəlkə bu dərd ilə ömrümüz boyuSinəmiz alışıb qovrulacaqdır.
Bəlkə ən nəşəli dəqiqələrdəBizi haqlayacaq acı bir xəbər.Bəlkə taleyimiz güldüyü yerdəOnu ağladacaq alçaq bir nəfər.
Bəlkə birisinin vurduğu ləkəDönüb olacaqdır sonsuz fəlakət.Eh, nə qədər güman, nə qədər bəlkəÇevrilib dünyada olub həqiqət!
Neçə “bəlkə”miz var qabaqda bizimNeçə nigaranlıq, neçə intizar.Gecədən çox keçir,Yataq. əzizim,Sabahın nə qədər qayğıları var.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-belke
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstəmədən düşdü könülBir cüt gözün xatasına,
Gözünə qar üstə güllər görünsəGözünə qar üstə güllər görünsə,Sərt külək ney çalsa qulaqlarında,
Kimsə tanımırdı Məcnunu hələKimsə tanımırdı Məcnunu hələ,Gəlmirdi Kərəmin səsi, sorağı.
Mənim yazı stolumuMənim yazı stolumuXoşlamırsan, əzizim,